DÜNYA
VAŞİNQTON TAYVANIN MÜSTƏQİLLİYİNİ DƏSTƏKLƏMİR
ABŞ-ın dövlət katibi Kolin Pauell Tayvan parlamentinin prezidentə adanın müstəqilliyi haqqında referendum keçirmək hüququ verilməsi haqqında qərarından sonra Pekinlə Taybey arasında münasibətlərin kəskinləşməsindən narahat deyildir. AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, ABŞ xarici siyasət idarəsinin başçısı bunu dekabrın 5-də jurnalistlərlə görüşündə açıqlamışdır.
K.Pauell bildirmişdir ki, elə həmin gün o, Çinin xarici işlər naziri Li Çjaosinlə telefonla danışmış və onu ABŞ-ın “vahid Çin siyasəti”nə sadiq qaldığına əmin etmişdir. Dövlət katibi demişdir: “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Vaşinqtonun bu rəsmi mövqeyi Çin Xalq Respublikası Dövlət Şurasının sədri Ven Szyabaonun gələn həftə Birləşmiş Ştatlara səfəri zamanı təsdiq olunacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]