İQTİSADİYYAT


V raund MONEYVAL Qiymətləndirilməsi prosesi başa çatıb

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupu martın 1-15-də Azərbaycana onsayt səfər həyata keçirib.

Maliyyə Monitorinqi Xidmətindən AZƏRTAC-a bildirilib ki, prosesin məqsədi 2013-cü il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu və bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməkdir.

Qeyd edək ki, qiymətləndirmə qrupu MONEYVAL Katibliyinin üzvlərinin köməyi ilə hüquq, maliyyə və hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarətdir. Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu və ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb. Açılışda, həmçinin qiymətləndirmə missiyasının rəhbəri İrina Talianu iştirakçıları salamlayıb, qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb. Qiymətləndirilməyə Nazirlər Kabinetinin 2020-ci il oktyabrın 21-də yaradılmış Koordinasiya Şurasında təmsil olunan dövlət qurumlarının, habelə aidiyyəti özəl sektorun (öhdəlik daşıyan şəxslər- QHT-lər, banklar, mühasibat, vergi və hüquq xidmətləri göstərən şirkətlər, auditorlar, notariuslar və s.) əməkdaşları cəlb edilib. Qiymətləndirmənin sonunda MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib. Hesabatın 2023-cü ilin dekabrında MONEYVAL-ın 66-cı plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.