İQTİSADİYYAT


Vergi orqanı əməkdaşları 24 min 255 təsərrüfat subyektində 2901 pozuntu halları müəyyən ediblər

Bakı, 18 noyabr, AZƏRTAC

Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması məqsədilə monitorinqləri davam etdirir. Əsas məqsəd işçilərin fərdi qoruyucu vasitələrlə təmin olunması, müştərilər arasında sosial ara məsafəsinin saxlanılması, eləcə də tibbi maskadan istifadə etməyən alıcıların ticarət məntəqələrinə daxil olmamasının qarşısının alınmasıdır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aparılan monitorinqlərə və müvafiq xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarının pozulması halları hələ də davam edir. Ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb.

Vergi orqanı əməkdaşları tərəfindən 24 min 255 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2901 belə pozuntu halları müəyyən edilib.

Təəssüf doğuran odur ki, qeydə alınmış pozuntu hallarının böyük hissəsi işçi heyətin tibbi maskadan istifadə etməməsidir. Belə ki, aşkar edilmiş ümumi pozuntu hallarının 2053-ü məhz ticarət obyektlərinin daxilində işçi heyətin karantin qaydalarını pozması ilə bağlıdır, 848 halda isə vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması qeydə alınıb. Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 804 min 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl olunmasına nəzarət məqsədilə ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, pozuntu hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.