İQTİSADİYYAT


Vergi orqanlarına daxil olan müraciətlərin sayı azalıb

Bakı, 22 aprel, AZƏRTAC

Cari ilin I rübündə vergi orqanlarına 64 min 405 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz azdır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olmuş müraciətlərdən 90,5 faizi ərizə, 9,4 faizi şikayət, 0,1 faizi təklif olub, 46 müraciətin icrası isə xüsusi nəzarətə götürülüb.

Yanvar-mart ayları ərzində baxılmış müraciətlərdən 68,3 faizi tam və ya qismən həll olunub, 28,7 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun qaydada qərarlar qəbul edilib.

2022-ci ilin I rübü ərzində Dövlət Vergi Xidmətinin aparatında ümumilikdə 81 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həll edilməsi mümkün olmayan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.