REGİONLAR
Vergilər naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 20 fevral, AZƏRTAC
Vergilər naziri Mikayıl Cabbarov fevralın 25-də Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 20-23-də Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.