İQTİSADİYYAT
Vətəgə balıqların artırılması və mühafizəsinə 1,4 milyon manat xərclənib
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1,4 milyon manat və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox vəsait sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu vəsaitin 90,8 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,2 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 365,5 milyon ədəd balıq körpələrinin 351,5 milyonu çəkikimilər, 8,4 milyon ədədi nərəkimilər, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqlar, 0,1 milyon ədədi isə qızıl balıqlar olub.