MƏDƏNİYYƏT
Vətən sənə canım fəda
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında "Vətən sənə canım fəda" adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçılarının canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəzər Rayon İcra Hakimiyyətinin müavini Lalə Əhmədova çıxış edərək, şəhid ailələrinə, həmçinin qazilərə olan dəstək və qayğıdan, eləcə də 44 günlük Vətən müharibəsində arxa cəbhədə olan xalqın birliyindən danışıb.
Qazilər göstərilən qayğı və diqqətdən, eləcə də xalqın onlara olan münasibətindən razı qaldıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində uşaqların vətənpərvərlik mövzusunda olan şeirləri və çıxışları maraqla qarşılanıb.