ELM VƏ TƏHSİL


“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələrin yaradılması davam edir

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda Azərbaycanın Milli qəhrəmanları haqqında məqalələrin yaradılması davam edir.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, ingilis dilində olan “Vikipediya”da Milli qəhrəmanlarımız Tahir Həsənov, Ənvər Arazov, Fəxrəddin Nəcəfov və İqor Makeyev haqqında məqalələr yerləşdirilib. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə məlumatlar əksini tapıb. Məqalələrlə daha ətraflı aşağıda qeyd edilən linklərdə tanış olmaq mümkündür:

https://en.wikipedia.org/wiki/Tahir_Hasanov?fbclid=IwAR3vI1aTxFUkSN5KKNOUV7kQ5wMOpYS7SUA4lw9KpZtW28CiqyEkrWHDmgE 

https://en.wikipedia.org/wiki/Anvar_Arazov?fbclid=IwAR3MMCb1vAxqOeKcp-zAWiHA5925ulgCocpwHQo6E3SM0YSWKgG0GErooFU#Honors 

https://en.wikipedia.org/wiki/Fakhraddin_Najafov?fbclid=IwAR1J66fuGuexDkCq-SgphqLxs9iOq8TNain0ed9AWfNjW1cULlDbWcAPt7g#Nagorno-Karabakh_war 

https://en.wikipedia.org/wiki/Igor_Vladimirovich_Makeyev?fbclid=IwAR3X-9vuK96GKOxmCIkGopE6cmsv0W4oddrN6giJ0Oa9DwzX_jfhWSoBj9w 

Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanları haqqında rus, türk, fransız, yunan, Ukrayna, italyan, ərəb və digər dillərdə məqalələr yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.