ELM VƏ TƏHSİL


“Vikipediya”nın rus dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdirilir

Bakı, 4 iyun, AZƏRTAC

“Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri tərəfindən “Vikipediya”nın rus dili bölməsində Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradılır.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mövzular klubun ekspertləri tərəfindən müəyyənləşdiriləndən sonra peşəkar tərcüməçilərə təqdim olunur. Tərcümə prosesindən sonra məqalələr “Vikipediya”nın rus dili bölməsində yerləşdirilir. Bu günə qədər könüllülər tərəfindən 30-dan çox məqalə yaradılıb.

“Əsas məqsəd rusdilli oxucunu Azərbaycanın tarixi, milli-mənəvi dəyərləri, şəxsiyyətləri, mədəni abidələri ilə tanış etməkdir. Çünki “Vikipediya”nın rus dili bölməsinin auditoriyası böyükdür. Hazırda bu bölmədə 1 milyon 700 mindən çox məqalə mövcuddur. Klubun könüllüləri müvafiq sahədə fəallıqlarını artıracaqlar və Azərbaycana aid mövzular zənginləşdiriləcək”, – deyə Elnur Eltürk qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.