Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vladimir Putin: Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır

Vladimir Putin: Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır

Moskva, 22 oktyabr, AZƏRTAC

Bakı və Yerevan Qarabağda qan tökülməsini dayandırmağa, ötəri siyasi konyunkturun fövqündə dayanmağa və çox məsul qərarlar qəbul etməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında söyləyib.

RF Prezidenti deyib: “İlk növbədə həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın baş nazirinin siyasi müdrikliyini qeyd etmək lazımdır. Hər halda onlar çox məsul qərarlar qəbul edə bildilər. Bilirəm ki, bu ölkələrin hər ikisində ölkə rəhbərlərindən narazı olanlar da var. Həmişə elə siyasi qüvvələr var ki, onlar nədənsə narazıdır, yaxud hesab edirlər ki, daha yaxşı hərəkət etmək olardı. Həmişə də onlara cavab belə olur: çalışın siz daha yaxşı hərəkət edin. Hər halda Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər. Mələsə təkcə bunda deyil, hərçənd insanların həyatını qoruyub saxlamaqdan daha vacib heç nə ola bilməz. Daha mühüm aspektlər var. Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır”.

Rusiya dövlətinin başçısının fikrincə, bu şərait o halda yaradıla bilər ki, hər iki tərəf əldə edilmiş razılaşmaları uzunmüddətli razılaşmalar kimi qəbul etsin, hər iki tərəf dinc yanaşı yaşamağın üstünlüyünü qəbul etsin. Bu, hamının marağına uyğundur. Azərbaycan Naxçıvanla normal əlaqənin həyata keçirilməsini istəyir. Ermənistan da kommunikasiyaların açılmasında maraqlıdır. Bu, Ermənistanın qarşısında duran birinci dərəcəli məsələlərdən biridir. Səmərəli iqtisadi həyatı, regionda, o cümlədən Azərbaycanla gələcəkdə səmərəli qarşılıqlı fəaliyyəti nizamlamaq lazımdır. Prinsip etibarilə Ermənistan Türkiyə ilə özünün münasibətlərini bərpa etməkdə maraqlıdır. Bu, hər iki halda əsas məqsədə - iki dövlətin təhlükəsiz yanaşı yaşamasına və iqtisadi inkişaf üçün şərait yaradılmasına gətirib çıxarmalıdır”.

RF Prezidenti vurğulayıb ki, Rusiya qan tökülməsinə son qoymaq üçün əlindən gələni edib. Hazırda Rusiya sülhməramlıları öz borclarını ləyaqətlə yerinə yetirirlər.

V.Putin deyib: “Lakin təəssüf ki, insidentlər baş verir, insanlar həlak olur, amma, eyni zamanda, uzun illər boyu davam etmiş qarşıdurmadan sonra tamamilə ideal mənzərəni təsəvvür etmək yəqin ki, çətindir. İndi ən başlıca məqsəd sərhəddə vəziyyəti tənzimləməkdir. Əlbəttə, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil. Bizə iki tərəfdən və Rusiyadan başqa heç kəs lazım deyil. Adi praqmatik məsələlər var. Ona görə ki, Rusiya ordusunun baş qərargahında olan xəritələrdə sovet dövründə müttəfiq respublikalar arasında sərhədlərin necə keçdiyi göstərilib. Hər iki tərəf bu sənədlərə əsaslanaraq razılığa gələ bilər. Orada elə məqamlar var ki, onlar qarşılıqlı kompromis tələb edir”.

“Biz çoxtərəfli format tapmağın, cümlədən Minsk qrupunun işini fəallaşdırmağın tərəfdarıyıq”, - deyən Rusiya Prezidenti daha sonra əlavə edib: “Biz tərəfdaşlarımızla bu məsələ üzərində işləyirik. Ən vacibi əsas məqsədə çatmaqdır: təhlükəsizlik şəraiti yaratmaq və gələcəkdə pozitiv münasibətlər qurmaq. Məsələ onda deyil ki, üçtərəfli Bəyanata müvafiq olaraq Rusiya kontingentinin orada olma müddətini artırmaq mümkündür. Məgər məsələ bundadır? Məsələ ondadır ki, iki ölkə arasında münasibətlər qurulmalıdır. Ən başlıca məsələ budur və ümidvaram ki, biz bunu edə biləcəyik”.

V.Putin fikrini dəqiqləşdirərək əlavə edib ki, bu, yalnız Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamağın müsbət cəhətlərini qiymətləndiriləcəkləri halda mümkündür. Rusiya lideri vurğulayıb ki, bu halda regionda nəqliyyat yollarını və iqtisadi əlaqələri bərpa etmək mümkün olacaq, nəticədə hər iki ölkənin təhlükəsizliyi üçün şərait yaranacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq