Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin çağırışları sırasında bu məqsəd öndə dayanırdı - Azərbaycanı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq.

Ölkəmizin 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etməsindən bizləri ayıran 27 il tariximizə bir-birindən əhəmiyyətli uğurlar yazıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin bayrağını, himnini və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May Gününün dövlət bayramı səviyyəsində Respublika Günü kimi qeyd edilməsi Azərbaycanın 1918-ci ildə imzalanmış İstiqlal Bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi də səbəbsiz deyil. Bu, bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə böyük töhfədir. Sənəddə də qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, “91-lər”dən biri Vüqar Rəhimzadə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “91-lər”in ulu öndər Heydər Əliyevə 1992-ci ilin oktyabr ayındakı müraciəti ilə bağlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” tarixi paralellər fonunda hər bir mühüm hadisənin mahiyyətini daha dərindən dərk etməyi və əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmağı bir tələb kimi qarşıya qoyur. Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb: “Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür... Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir”. Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Müraciətdə bu inam ifadə olunurdu ki, yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar: “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük.”

Ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda” cavabında partiyanın gələcəyinə inamını belə ifadə etmişdir: “Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”

Məlum səbəblərdən təsis konfransını Naxçıvanda, müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 700 mindən çox üzv birləşir. Partiyanın keçirilən qurultaylarında, tədbirlərində daim onun yaranma səbəblərinə diqqət yönəldilir və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq böyük xoşbəxtlikdir. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını belə əsaslandırırdı: “Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Biz partiyanı yaradarkən heç də düşünmürdük ki, qısa bir müddətdən sonra hakimiyyətə gələcəyik. Baxmayaraq ki, ölkəmizdəki vəziyyət - sizin hamınıza məlum olan vəziyyət bizim hamımızı düşündürürdü. Ona görə də, bir tərəfdən, biz hesab edirik ki, partiyanı yaradaraq biz xalqımıza müəyyən bir xidmət göstərə bilərik. İkinci tərəfdən də, sadəcə, ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətirib çıxardı”. Dahi şəxsiyyət bu məqamı da qeyd edirdi ki, bəziləri deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti parçalanırdı, vətəndaş müharibəsi başlamışdı.

Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığı aydın görünür. Qeyd etdiyimiz kimi, Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün böyük fəxr hissi ilə müstəqilliyimizin ildönümlərini ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşmiş, iqtisadi-siyasi, sosial böhrandan çıxmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin edilmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd edirik. Ümummilli Lider bildirirdi: “...Bunlara görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası, bizim hamımız və təbiidir ki, Azərbaycanın Prezidenti və partiyanın sədri müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi ağır şəraitdə inkişaf etməsinin təminatçısıdır.”

Qeyd etdiyimiz kimi, 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 26 ildə keçdiyi yol, əldə etdiyi uğurlar bir-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Seçki ili kimi də tarixə yazılan 2018-ci ilin fevralında keçirilən partiyanın VI qurultayında “Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir”,- söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, partiyamızın yaradılması dönüş nöqtəsi idi: “Əgər o vaxt bu partiyamız yaradılmasaydı, bilmək olmazdı ölkə hansı istiqamətdə inkişaf edəcəkdi. Çünki o vaxt ölkəmizin qarşısında çox ciddi problemlər durmuşdu. Demək olar ki, Azərbaycan, onun gənc müstəqilliyi təhlükə altında idi. O vaxt hakimiyyəti 1992-ci ildə qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi uçuruma aparırdı.”

Dünyada analoqu olmayan hadisədir ki, partiya yarandığı qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilsin, iqtidar partiyası kimi fəaliyyətə başlasın. İlk olaraq, bu uğura Yeni Azərbaycan Partiyası imza atıb. Belə ki, yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilən YAP Azərbaycanın davamlı inkişafına layiqli töhfələr vermək istiqamətində səylərini artırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı təkcə ölkənin deyil, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu.

Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması növbəti mərhələdə davamlı uğurlara yol açdı. Həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. “Bu, bu gün də və gələcək illərdə də ölkə iqtisadiyyatı üçün müstəsna rol oynayan kontraktdır”,- deyən dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində Ulu Öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Mərkəzində kontraktın 2050-ci ilə qədər uzadılması haqqında qərarı önə çəkərək bildirir: “Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir.”

Ölkəmizdə demokratik cəmiyyətin əsas atributları olan insan hüquq və azadlıqlarının, mətbuat azadlığının təmin olunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi və s. kimi mühüm amillərin bərqərar olması istiqamətində davamlı addımlar atıldı. Bu günümüzün əsas reallıqlarından biri də budur ki, Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunədir. Demokratikləşmə prosesinin sürətləndirilməsi öz növbəsində iqtisadi tərəqqini və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini şərtləndirdi.

27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın keçdiyi 26 illik şərəfli yol ən əsası xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir.

2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər 2013, 2013-2018-ci illərdə verdiyi vədlərin reallıqda öz əksini tapması 2018-ci il 11 aprel prezident seçkilərində qələbəsini təmin etdi.

Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyadakı əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması əhali tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 11 aprel prezident seçkilərində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsi növbəti 7 ilin hədəflərinin gerçəkləşməsinə yol açdı. Həmin əlavə və dəyişikliklərin bir hissəsini əhatə edən idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələn addımlardan biri də vitse-prezidentlik institutunun yaradılması idi. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Təhlükəsizlik Şurasının fevralın 21-də Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə bağlı keçirilən iclasında Birinci vitse-prezident demişdi: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Azərbaycanın Birinci vitse-prezidenti kimi də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. Birinci vitse-prezidentin iki ilə yaxın fəaliyyəti dövründə bu istiqamətdə gördüyü işlərin miqyasının genişliyi göz önündədir.

Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni əlavə edən 11 aprel prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Belə bir ümumiləşdirmə aparsaq, 1993-2003-cü illəri ölkəmizdə sabitlik və inkişaf illəri kimi xarakterizə edən dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bu fikri də əsaslı şəkildə diqqətə çatdırdı ki, 2003-cü ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam etmişdir: “2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır.”

Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və yüksək səviyyədə icrası uğurların davamlılığına böyük stimul verir. Prezident kimi fəaliyyətə başladığı gündən İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas məqsəd kimi qarşıya qoydu. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Artıq üçüncü proqramın icrası başa çatmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını təmin etdi.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər də Azərbaycanın inkişaf modelinin özəlliyini, öyrənilməsinin vacibliyini bir daha nümayiş etdirdi.

İqtisadi tərəqqi ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın bu gününə və gələcəyinə, ədalətli mövqeyinə inamdan irəli gələn mühüm hadisə idi. Azərbaycan atdığı hər addımda siyasətində müstəqil olduğunu nümayiş etdirir. Düzgün seçilən yol Azərbaycanın dostlarının sayını artırır, beynəlxalq nüfuzunu möhkəmləndirir. 11 aprel prezident seçkilərində xalqın böyük dəstəyini qazanaraq qələbəsini təmin edən İlham Əliyevə ünvanlanan təbrik məktublarında da Azərbaycanın son 15 ildə qazandığı uğurları fonunda qarşıdakı illərə inam hissi xüsusi önə çəkilmişdir. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə iqtisadi qüdrətini günbəgün artırır, yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Son 15 ildə Azərbaycanın təkcə enerji sektorunda qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizi nin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və s. kimi biri-birindən mühüm hadisələr Azərbaycanın qarşıdakı illər üçün iqtisadi imkanlarının aydın mənzərəsini yaradır.

Hər zaman qeyd etdiyimiz kimi, uğurlu başlanğıc uğurların davamlılığı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün əsasdır. 27 il bundan əvvəl Azərbaycan xalqı ictimai-siyasi sabitliyin təmin olunmasını, ölkənin inkişafını arzulayırdısa, bu gün artıq inkişaf etmiş ölkələr sırasında birgə addımlamaq əsas hədəfimizdir.

Ölkədə keçirilən hər bir seçki prosesindən Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması onu göstərir ki, xalqın bu partiyanın siyasətinə dəstəyi, inamı böyükdür. Bu inam partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsində də özünü təsdiqləyir. Bu gün tutduğu yola sadiqliyini atdığı addımları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası imicini daha da möhkəmləndirir, yeni hədəflərə çatmaq üçün səylərini artırır.

2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq yenidən dövlət başçısı seçilən İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu önə çəkərək bildirmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü, eyni zamanda, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin daha da qüdrətli, zəngin, müasir dövlətə çevrilməsinə öz töhfəsini verməlidir. Böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sözlə əməl birliyini, monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının 26 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Azərbaycanın müstəqillik tarixinin uğurlarının bələdçisi, eyni zamanda, yol yoldaşı olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir. Tutduğu yola sadiqlik uğurların əsasıdır. Yeni Azərbaycan Partiyası hər dövrün tələbinə uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir, Azərbaycanın beynəlxalq aləmdə yerinin və rolunun möhkəmləndirilməsinə davamlı töhfələrini verir. Uğurlarımızın ümumiləşdirilmiş ifadəsi olaraq deyə bilərik ki, Azərbaycanın bugünkü reallıqları, eyni zamanda, onların fonunda müəyyənləşdirilən və reallaşdırılan böyük inam ifadə olunan hədəflər Heydər Əliyev siyasətinin təntənəsidir. Son on beş ildə Heydər Əliyev siyasətinə sadiqliyini uğurlu addımları ilə təsdiqləyən İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiqləməklə, həmçinin davamlı inkişafa yol açan Strateji Yol Xəritələrinin hazırlanması və icrası ilə bağlı Sərəncamı imzalamaqla bir daha modernləşmənin, yeniləşmənin dövlət siyasətinin əsasını təşkil etdiyini nümayiş etdirir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın diplomatik uğurları, hərbi qüdrəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Bizim hər bir qələbəmiz işğalçı Ermənistanın faciəsidir. Dövlətimizin başçısı İlham Əliyevin daim bəyan etdiyi kimi, Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Qısa təhlil 1992-ci ilin oktyabr ayının bu gününün müasir dövrümüz üçün önəmini bir daha açıqlayır və bu inamı ifadə etməyimizə əsas verir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, Ulu Öndərin yaradıcısı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük qələbələr gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub