Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: İki ölkə liderlərinin yaxın dostluq münasibətləri Azərbaycan-Rusiya əlaqələrinin inkişafına güclü təkan verir

Vüqar Rəhimzadə: İki ölkə liderlərinin yaxın dostluq münasibətləri Azərbaycan-Rusiya əlaqələrinin inkişafına güclü təkan verir

Bakı, 22 iyul, AZƏRTAC

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz regionda yeni reallıqlar yaratdı. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatda, eyni zamanda, 2021-ci il 11 yanvarda Moskvada üçtərəfli görüş zamanı əldə olunan razılaşmada regionda sülhün, təhlükəsizliyin təminatı üçün vacib olan məsələlər öz əksini tapıb. Azərbaycan istər Vətən müharibəsinin gedişində, istərsə də postmüharibə dövründə təkmil sülh modelini ortaya qoyaraq birgə səylərin göstərilməsi əsasında münasibətlərdə yeni səhifəni açmağın yollarını təqdim edir. Lakin 10 noyabr 2020-ci il Bəyanatından 8 aydan artıq vaxt keçməsinə baxmayaraq işğalçı Ermənistan hələ də sülh razılaşması ilə bağlı irəli sürülən təklifə münasibətini bildirmir, bir az da irəli gedərək belə bir razılaşmanın zamanı olmadığını iddia edir. Ermənistan tərəfi belə sərsəm bəyanatları ilə, həmçinin atəşkəsi pozmaqla, təxribatlar törətməklə Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etməsi barədə görüntü yaratmağa çalışsa da, artıq bunun utopiyadan başqa bir şey olmadığının fərqindədir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri zamanı rusiyalı həmkarı ilə keçirdiyi görüşdə Azərbaycanın postmüharibə dövründə regionda sabitliyin, təhlükəsizliyin təminatı istiqamətində səylərinin yüksək dəyərləndirilməsi bu reallığı bir daha təsdiq etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Bu səfərin iki dost ölkənin münasibətlərinin hazırkı səviyyəsinə işıq saldığını deyən V.Rəhimzadə qeyd edib: “Azərbaycan özünün ikitərəfli əməkdaşlıq siyasətində daim qonşu ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı Vladimir Putinlə görüşündə də əsas müzakirə mövzusu iki dövlət arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Ümumiyyətlə, son illərdə aydın müşahidə olunur ki, Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür”.

“Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir, - söyləyən baş redaktor bildirib ki, bunu prezidentlər İlham Əliyev və Vladimir Putin dəfələrlə çıxışlarında, müsahibələrində xüsusi qeyd ediblər. Qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Rusiya Prezidenti tərəfindən Mehriban xanım Əliyevanın iki ölkə arasında münasibətlərin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədə səmərəli fəaliyyətinin bariz ifadəsidir.

Ölkələrimizi qədim dostluq və mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini deyən baş redaktor qeyd edib: “Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir. Bu görüşlər demək olar bütün sahələrdə münasibətlərin inkişafına təkan verir. Son illərdə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük iş görülüb. Artıq onun praktik nəticələri göz önündədir. Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də bu rəqəmlər açıqlandı ki, ilin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir. Çünki keçən il bu istiqamətdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit əlaqələrində də əməkdaşlıq fəal surətdə genişləndirilir. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, artıq bu dəhliz geniş həcmdə işləyir”.

V.Rəhimzadə bildirib ki, ölkələrimizin bir-birinə bağlanmasında humanitar əlaqələr də xüsusi rol oynayır. Azərbaycanda Rusiya mədəniyyətinə dərin hörmətlə yanaşılır. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Sözügedən görüşdə də bu məsələyə xüsusi diqqət yönəldilərək bildirildi ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. MDU-nun və Seçenov adına Birinci Moskva Tibb Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Bu fikir xüsusi qeyd edildi ki, təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.

“Keçirilən görüşdə də qeyd olunduğu kimi, bugünümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir”, - söyləyən baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev bu məsələni daim diqqətdə saxladığına, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirak etdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirib. Bir daha bəyan edilib ki, Azərbaycan qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir. 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də mövcuddur. Onlar regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı deyillər. Bu qüvvələr 30 ilə yaxın dövrdə Ermənistana dəstək göstərib danışıqlar prosesinin uzanmasına səbəb olsalar da sonda hansı nəticə ilə üz-üzə qaldıqlarını anlayır və postmüharibə dövrünün reallıqları ilə barışmamaqla, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığı barədə işğalçı dövlətin xülyalarına yardımçı olmaqla heç nə əldə edə bilməyəcəklərini çox yaxşı bilirlər. Ermənistan və ona havadarlıq edənlər Azərbaycanın bütün dünyanı heyran edən “dəmir yumruq” əməliyyatını unutmamalıdırlar.

Qlobal güc mərkəzi olan Avropa İttifaqının da Azərbaycanla əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirən Vüqar Rəhimzadə qeyd edib: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər də bunun təsdiqidir. Quruma üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər və bəyannamələr imzalanmışdır. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əlaqələrin inkişafına dəstək göstərir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təmsil etdiyi qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də Ermənistana və onun havadarlarına ciddi mesajdır. Reallıq budur ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, yeni səhifənin açılması zamanıdır. Həqiqətən Ermənistan düşdüyü ağır vəziyyətdən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh sazişini təqdir etməli, bölgədə əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərə qoşulmalıdır”.

Baş redaktor ümidvar olduğunu bildirib ki, dövlətimizin başçısının Rusiyaya işgüzar səfərinin nəticəsi olaraq Rusiya Ermənistanı sülh razılaşmasına məcbur edəcək, bununla da bölgədə dayanıqlı sülhün təmin olunması imkanları artacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb