Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar dəfələrlə qlobal miqyasda nümunəvi praktika olaraq götürülüb

Vüsal Qasımlı: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar dəfələrlə qlobal miqyasda nümunəvi praktika olaraq götürülüb

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2021-ci ildə nəinki pandemiyanın təsirlərini aradan qaldırmaqla bərpa olundu, hətta pandemiyadan əvvəlki həcmini üstələdi. 2021-ci ildə qarşıya qoyulan bütün vəzifələrə, o cümlədən iqtisadi artımın yüksək trayektoriyaya keçməsi, sosial rifah, azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri, milli təhlükəsizlik, regional və qlobal təşəbbüslərin uğurla davam etdirilməsi sahəsində uğurların şahidi olduq. Azərbaycanın uğurla başa vurduğu ilin nəticələri və yeni inkişaf strategiyası barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı AZƏRTAC-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafının indiki mərhələsini necə dəyərləndirərdiniz?

- Prezident İlham Əliyevin hakimiyyəti dövründə üç nəsil islahatları müəyyənləşdirmək mümkündür. 2003-2014-cü illər böyük neft gəlirlərinin düzgün idarəçiliyi hesabına iqtisadiyyatın üç dəfədən çox böyüməsi, dövlət və ordu quruculuğu, infrastrukturun təkmilləşməsi və orta təbəqənin formalaşdırılması ilə yadda qaldı. 2015-2021-ci illəri əhatə edən ikinci dövrdə xarici şokların təsirinin minimuma endirilməsi və iqtisadiyyatın yeni relslərin üzərinə qoyulması üçün Strateji yol xəritələri qəbul edilərək uğurla icra olundu. Bu dövrün sonunda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə qarşımızda postkonflikt, postpandemiya və postneft quruculuğu ilə bağlı yeni üfüqlər açıldı. 2022-2026-cı illərdə bu üfüqlərdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi beş milli prioritet əsasında yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçiriləcək.

Prezident İlham Əliyevin uğurlu islahatları nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub: Belə ki, 2021-ci ildə ölkədə ÜDM-in real artımı 5 faizdən çox, o cümlədən qeyri-neft ÜDM-in artımı 7,2 faiz olub, 2022-ci ildə isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə il 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanıb və nümunəvi praktika olaraq götürülüb. Aparılan islahatların dayanıqlığının və davamlılığının bariz nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib.

- Bundan sonrakı inkişaf perspektivini necə qiymətləndirirsiniz?

- Hazırda dünyada reflyasiya deyilən bir proses gedir: İqtisadiyyatın pul kütləsinin genişləndirilməsi və vergi güzəştləri hesabına inkişafı əsas götürülüb. Amma artan inflyasiya, borc problemi, milli valyutalara təzyiq, COVID-19-un yeni ştamları, təklif şoku və bərabərsizliyin artması yeni çağırışları müəyyənləşdirir. Hətta Dünya Bankı bu il üçün iqtisadi artıma dair proqnozlarını aşağı salıb. Bu kontekstdə Azərbaycanın əvvəlki böhranlardan qazandığı immunitet, aşağı səviyyədə xarici borc və ÜDM-ə yaxınlaşan həcmdə strateji valyuta ehtiyatları, həmçinin postkonflikt reallığının üstünlükləri inkişaf perspektivləri üçün yaxşı zəmin hazırlayır. Əlbəttə, bu məqamda institutsional və diversifikasiya sahəsində olan çağırışları da unutmamalıyıq.

Azərbaycanda “buraxılış kəsiri”nin olması – iqtisadiyyatın potensialından aşağıda qərarlaşması artıma meyilliliyi gücləndirir, digər tərəfdən isə böhrandan əvvəlki və pandemiyanın boğduğu artım trendi bərpa olunur.

“McKinsey Qlobal İnstitutu”nun (MGI) araşdırması göstərir ki, 2024-cü ilə qədər olan dövrdə illik məhsuldarlığın artımını təqribən bir faiz bəndi sürətləndirmək potensialı var. Bu, məhsuldarlığın pandemiyadan əvvəlki artım tempindən iki dəfə çox olacaq. Çünki təzyiqlərə və yüksək qeyri-müəyyənlik səviyyəsinə baxmayaraq, ilkin sübutlar göstərir ki, bir çox firmalar pandemiyaya cavab olaraq cəsarətli və yenilikçi olublar. Şirkətlər sürətlə onlayn kanallara keçib, istehsal tapşırıqlarını avtomatlaşdırıb, əməliyyat səmərəliliyini artırıb, qərar qəbulunu və əməliyyat modellərinin innovasiyasını sürətləndirib. Bu, qlobal maliyyə böhranından sonra müşahidə olunan illik məhsuldarlıq artım tempini potensial olaraq iki dəfədən çox artıra bilər. Eyni trend Azərbaycana da aiddir.

Azərbaycanda müharibədən sonra risk/mənfəət nisbəti yaxşılaşıb. Riski azaldan əsas amil Azərbaycanın ərazisi işğal olunan ölkədən qalib ölkəyə çevrilməsidir və dövlətə etimadın artmasıdır. Təsəvvür edin ki, Azərbaycanda hökumətin emissiya etdiyi beşillik qiymətli kağızlar 5,5 faizə satıldığı halda, Rusiyada 7 faizdən, Gürcüstanda 9 faizdən və Ukraynada isə 13 faizdən yuxarı reallaşdırılır. Dövlət qiymətli kağızlarının faiz dərəcələrinin region ölkələri ilə müqayisədə Azərbaycanda daha aşağı olması bizdə risklərin daha aşağı qiymətləndirilməsi ilə əlaqədardır. Mənfəət normasını artıran isə Qarabağ və Şərqi Zəngəzurda tikinti bumunun başlaması ilə yeni dövrə keçməyimizdir. Hazırda Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi istiqamətində təkliflər hazırlayır. Təkliflərə xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri, kommunal xidmətlərə güzəştlər, əmək miqrasiyası kvotası, iş icazələri, maliyyə resurslarına çıxış, yaşıl texnologiyalar, dövlət‒özəl tərəfdaşlığı kimi mövzular da aiddir. Dünyada tanınmış görkəmli türk iqtisadçısı və Harvard professoru Dani Rodrik bildirir ki, qloballaşma təkcə mal və xidmətləri əhatə etmir, həm də mənfəətin bölüşdürülməsinə aiddir. Dani Rodrikin fikrinə əlavə olaraq deyərdim ki, qloballaşma həm də riskə toxunur, beləliklə, harada risk/mənfəət nisbəti əlverişlidirsə, sərmayə də ora axır. Bu kontekstdə Azərbaycan qloballaşmadan özünə yeni pay götürmək imkanına malikdir.

Bu arada deyim ki, hərbi sənaye kompleksi müharibədən sonra yaranmış yeni reallıqda, xüsusən də təhlükəsizliyin gücləndirilməsi fonunda artan tələbə uyğun olaraq inkişaf edəcək. Bu ilin dövlət büdcəsində 1,6 milyard manatlıq xüsusi alışlar üzrə xərclər həm də müdafiə sənayesi kompleksini hərəkətə keçirməklə iqtisadiyyatı canlandırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqi, dövlət-özəl əməkdaşlığı və institutsional islahatlar, həmçinin təşviqlər ölkəyə sərmayə cəlbi və iqtisadi artımın davamlılığına əsaslar yaradır.

- Bəs biznes gözləntiləri bu perspektivləri tamamlayırmı?

- Həm Mərkəzi Bankın, həm də beynəlxalq kredit reytinq agentlikləri və nüfuzlu konsaltinq şirkətlərinin sorğuları göstərir ki, Azərbaycanda biznes və istehlakçı gözləntiləri müsbətə dəyişir. Məsələn, “Gallup International” təşkilatının yaydığı məlumata əsasən Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir. İqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da əvvəlki ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir. Eyni zamanda, bu göstərici dünyada İndoneziya və Albaniyadan sonra ən yaxşı üçüncü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Belə bir meta-təhlil nəticəsi var ki, insanların inamının 10 faiz artması adambaşına real ÜDM artımını 0,5 faiz bəndi yüksəldə bilər. İnam biznes fəallığı və iqtisadi inkişaf üçün çox vacibdir.

- Sərmayə cəlbi uğrunda dünyada gedən yarışda Azərbaycan necə mövqe tutur?

- Paul Rosenstein-Rodan tərəfindən ədəbiyyata gətirilən “böyük təkan” konsepsiyasına görə, inkişaf üçün sürətli fəaliyyət və böyük miqdarda investisiya lazımdır. İqtisadçının fikrinə görə, kiçik həcmli lakin intensivliyi çox olan investisiyalar resursların itkisinə səbəb olur. Rosenstein-Rodan qoyulan irihəcmli investisiyaların və sənaye müəssisələrinin mükəmməl koordinasiyasının sıçrayışa gətirib çıxaracağı və bunun nəticəsi olaraq gəlirlərin bərabərsizliyinin azalacağı fikrini ortaya qoyub. Yaponiya isə bu modelin uğurla tətbiq edilərək koordinasiya problemlərinin qarşısının alınması yolu ilə nail olunmuş inkişafın ən gözəl nümunəsidir. “Böyük təkan” sayəsində Yaponiyada inkişafı təşviq etmək üçün liberal dəyərlərə əsaslanan iqtisadiyyat yaradılıb. Eyni zamanda, sosial-mədəni yetkinlik və milliyyətçilik bu konsepsiyanın Yaponiyada uğurunu artıran digər amil olub. Çünki Yapon xalqı qurtuluşun və “sağ qalmağın” yeganə yolunun birlik olduğunu başa düşüb. Bundan əlavə “Meiji İslahatı” da Yaponiyanın inanılmaz sürətlə inkişaf etməsinə təkan verdi. Beləliklə ölkədə yaradılmış koordinasiya qurumları şirkətlər arasındakı dəyərlərin və bağların sıxlaşması, “yaradıcı milliyyətçiliyin” köməkliyi ilə güclənib. İnkişaf mərhələsində bazarı səmərəli tənzimləyən dövlət müdaxiləsi bazar uğursuzluqlarının və digər mənfi amillərin qarşısının alınmasında mühüm rol oynayıb. Yapon möcüzəsi bir sıra aspektlərdən mühüm dərslər ortaya qoyur. Belə ki, burada uğurun əsas sirri liberallıq, səmərəli dövlət müdaxiləsi, milliyyətçilik, institusional güc və koordinasiya olub.

Azərbaycana gəlincə, müstəqillik dövründə biz iki dəfə “böyük təkan” almışıq. Birinci belə təkanı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası hesabına ölkəmizə yatırılan irimiqyaslı sərmayələrin hesabına əldə etmişik. İkinci təkan isə Prezident İlham Əliyevin hakimiyyəti illərində qeyri-neft sektoruna böyük yatırımlardır. Bunun nəticəsində 2018-ci ildən başlayaraq qeyri-neft sənayesi ikirəqəmli artım tempi göstərir və nəqliyyat xidmətləri ixracı qeyri-neft əmtəə ixracının həcminə yaxınlaşır.

Hazırda inkişaf etməkdə olan ölkələrdə hiss olunan sərmayə axınlarının azalması təzyiqini biz də hiss edirik. Buna görə də davamlı inkişafı təmin etmək üçün yeni investisiya həcmlərinə ehtiyac var.

- Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişi bu fonda necə dəyərləndirmək olar?

- İşğaldan azad olunan ərazilərdə infrastrukturun şəkilləndirilməsinin və bunun üzərindən iqtisadi inkişafın təmin olunması fəlsəfəsi iki təməl prinsipin üzərində qurulur: dairəvilik və düyünlər – təmərküzləşmə mərkəzi. Məsələn, azad olunmuş ərazilərdə yeni yaradılan kritik infrastruktur dairəvi xarakter daşıyır. 760 kilometr avtomobil yolu, 340 kilometr dəmir yolu, üç hava limanı, həmçinin 45 SES, Xudafərin və Qız Qalası generasiya gücləri və yarımstansiya və ötürücü qurğular elə qurulub ki, fasiləsiz və qırılmaz xidmət təmin olunsun. Digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq təmərküzləşmə mərkəzlərinin konturları görünür: 100 minlik Ağdam şəhəri zonanın əsas iqtisadi ağırlıq mərkəzi, Kəlbəcər dağ-mədən, Şuşa yaradıcı sənaye və Cəbrayıl nəqliyyat-logistika mərkəzləri kimi formalaşır. Ağıllı kəndlər daha kiçik miqyasda təmərküzləşməni təmin edəcəklər. Beləliklə, biz daha az resursla daha yüksək nəticə əldə edə bilərik.

- Zəngilanda ilk “ağıllı kənd” yaradılıb. Beynəlxalq təcrübədən çıxış etsək, bu praktikanın digər ərazilərdə yayılması imkanları necədir?

- “Ağıllı kənd” ideyası ilə bağlı hazırda qlobal miqyasda qəbul edilən və universal xarakter daşıyan konkret tərif yoxdur. Hər bir dövlət öz inkişaf hədəflərinə uyğun şəkildə “ağıllı kənd”ə tərif verir. Avropa İttifaqı ölkələrində verilən tərifə əsasən “ağıllı kənd” yeni imkanlara əsaslanan, eyni zamanda, mövcud güclü tərəfləri və aktivləri üzərində inşa edilən kənddir. “Ağıllı kənd”də ənənəvi və yeni şəbəkələr, xidmətlər bir araya gətirilir. Xüsusən də “ağıllı kənd”lərdə kəndin inkişaf məqsədi üçün rəqəmsallaşmadan, innovasiyalardan və biliklərdən daha yaxşı istifadə olunur. Avropa İttifaqı təcrübəsində göstərilir ki, “ağıllı kənd” kəndlərin inkişafı üçün praktiki həllər tapmaq məqsədilə mümkün olan bütün alətlərdən istifadə edir. Rəqəmsal texnologiyalar onlardan ancaq biridir. Amma rəqəmsal texnologiyalardan istifadə “ağıllı kənd” olmaq üçün ilkin şərt deyil. Burada əsas məqsəd yerli aktivləri yaxşı istifadə etməkdir. “Ağıllı kənd” dayanıqlı kənd inkişafının 4 komponentini – iqtisadi, sosial, ətraf mühit və mədəni – özündə ehtiva etməlidir.

Zəngilanda yaradılan “ağıllı kənd” böyük qayıdışın əzəmətini göstərən layihədir. Azərbaycanda yaradılan “ağıllı kənd” öz unikallığı ilə seçilir. Azərbaycanın “ağıllı kənd” layihəsi hazırda mövcud olan ağıllı həlləri ən çox əhatə etməsi ilə digər ölkələrdə həyata keçirilən bu kimi layihələrdən fərqlənir. Buradakı mühüm fərqlərdən biri ondan ibarətdir ki, Avropa İttifaqı ölkələrində tarixən mövcud olan və ənənəvi qaydada salınmış kəndləri ağıllı həllərdən istifadə etməklə “ağıllı kənd”ə çevirmək istəyirlər. Azərbaycanda isə işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu yenidən qurulmaqla yeni “ağıllı kənd” layihəsi icra olunur. Beynəlxalq təcrübəyə uyğun olaraq “ağıllı kənd”lərin işğaldan azad edilmiş digər bölgələrimizdə qurulmasında bütün komponentlərin deyil, yerli tələbə uyğun komponentlərin nəzərə alınması səmərəliliyi artırmaqla yanaşı belə layihələrin uğur hekayəsi yazmaq şansını artıra bilər. Ölkədə “ağıllı kənd”in optimal ölçülərinin müəyyən edilməsinə ehtiyac vardır ki, bu da belə layihələrin ölkənin digər regionlarında icrasını daha işlək edə bilər.

Gələcəkdə “ağıllı kənd”lərdə göstəriləcək bəzi xidmətlər bir neçə yaşayış məntəqəsi üzrə bölüşdürülə bilər ki, bu da səmərəliliyin artırılmasına gətirib çıxarar. Məsələn, tullantıların idarəedilməsi ilə bağlı bir neçə kəndi birləşdirəcək ümumi sistem qurula bilər. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”lərin salınmasında və inkişafının təmin edilməsində bu sahədə maraqlı olan özəl sektoru cəlb etməklə dövlət-özəl tərəfdaşlıq (PPP) modelinin tətbiq edilməsi dövlət büdcəsinin yükünü azalda bilər və layihənin dayanıqlılığını təmin edər.

“Ağıllı kənd” layihəsinin uğurla icrasının təmin edilməsi insanlarda müəyyən intellektual hazırlıq, qabiliyyət və bacarıq tələb edir. Belə ki, ənənəvi kəndlərdə yaşayan insanların müasir texnologiyalarla davranmaq və bilik səviyyələri ilə “ağıllı kənd” sakinlərinin bilik və bacarıq səviyyəsi arasında fərq vardır. Məhz buna görə də, belə kəndlərdə yaşayacaq olan sakinlərin düşüncə tərzinin və texnoloji bilik səviyyəsinin də müasir tələblərə cavab verməsi bu sahədə dayanıqlı inkişafın əsas amillərdən biridir.

İşğaldan azad edilmiş regionlarda yerləşən yaşayış məntəqələri coğrafi və iqtisadi baxımdan biri-birindən fərqlənir, regionda qurulacaq “ağıllı kənd”lərin tələbə yönəlik olması məqsədəuyğun olardı ki, bu da regionda fərqli “ağıllı kənd” modellərinin tətbiqinə gətirib çıxarmaqla yanaşı layihələrin səmərəliliyini artıra bilər.

- Yeri gəlmişkən inflyasiya təzyiqi artır. Dövlət qiymətləri tənzimləmək üçün vergi-gömrük siyasətindən nə qədər geniş istifadə edir?

- Müqayisə üçün deyim ki, Azərbaycanda vergi yükünü kifayət qədər optimal saymaq olar. Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə gəlirlərin qeyri-neft ÜDM-də payı 2016-cı ildə 13,5 faizdən 2021-ci ildə 11,3 faizə qədər enib, bu il də 11,3 faiz səviyyəsində qalması proqnozlaşdırılır. Qiymətlərə birbaşa ən çox təsir göstərən Əlavə Dəyər Vergisidir. Azərbaycanda toplanan ƏDV-nin ÜDM-də xüsusi çəkisinin OECD-nin eyniadlı orta göstəricisindən dörd dəfəyə yaxın az olması göstərir ki, dövlət bu sahədə mümkün olan güzəştləri edib. Eyni zamanda, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ÜDM-də xüsusi çəkisi də Azərbaycanda OECD ilə müqayisədə beş dəfə azdır. Yəni dövlət vətəndaşın gəlirindən də az vergi daxilolmaları edir ki, gəlirin daha çox hissəsi vətəndaşda qalsın.

2020-ci il üzrə vergi və gömrük rüsumları üzrə dövlət büdcəsinə hesablanmış güzəşt və azadolmaların məbləği 5 milyard 20,8 milyon manat təşkil edib ki, bunun da 3 milyard 620,5 milyon manatı ölkədaxili, 1 milyard 400,3 milyon manatı isə idxal əməliyyatları üzrədir. Göründüyü kimi güzəşt həcmi kifayət qədərdir.

Azərbaycanda bir nəfərə düşən ÜDM həcmi ilə gəlir vergisinin yuxarı həddi arasında dörd dəfəyə qədər fərq var ki, bu da inkişaf etmiş ölkələrin toplaşdığı OECD səviyyəsinə uyğundur və cəmiyyətdə gəlirlərin bölgüsü baxımından bir harmoniya gətirir. Hansı ki, Latın Amerikası ölkələrində bu nisbət 10 dəfəyə çatır və bərabərsizliyi gücləndirir. Fikrimizcə, sadalan arqumentlər qiymətlərin aşağı salınması üçün vergi-gömrük siyasətinin imkanlarından nə qədər geniş istifadə olunduğunu göstərir.

Əmtəələr arasında vergiqoymanın optimal səviyyəsini “Ramzey qaydası” müəyyənləşdirir. Birincisi, məhsul üçün tələb elastikliyi yüksək olduqda vergi aşağı dərəcə ilə olmalıdır və tərsinə. Buna “elastiklik qaydası” deyilir. Burada digər prinsip “geniş vergitutma bazası qaydası”dır: az sayda məhsula yüksək vergi tətbiq etməkdənsə, daha çox məhsulu orta dərəcə ilə vergiyə cəlb etmək daha səmərəlidir. Dövlət bir tərəfdən “elastiklik qaydası”, digər tərəfdən isə “geniş vergitutma bazası qaydası” əsasında tarazlığı qurmalıdır. Azərbaycanda bu “qızıl orta” qorunur: əsasən varlı insanlar tərəfindən istehlak olunan əmtəələrə vergi, rüsum, aksiz yüksəkdir, amma aşağıgəlirli istehlakçıların aldığı məhsullara, məsələn, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə yığımlar aşağıdır. Dövlət burada bərabərliyi təmin etmək üçün səmərəliliyi güzəştə gedir.

İnflyasiya təzyiqinə qarşı dövlət əlindəki iqtisadi və inzibati resursları istifadə edir. Burada əsas məsələlərdən biri də əhalinin gəlirlərinin artımı və sosial müdafiədir. 2019-cu ildə sosial islahat paketinə əlavə 3 milyard manat, 2020-ci ildə 600 milyon manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 milyon vətəndaşımızın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılacaq.

Vergi orqanlarının keçən il proqnozdan əlavə yığdığı təqribən 1,4 milyard manat vəsait əhalinin sosial rifahına yönəldiləcək. Vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, məcburetmədən könüllü riayətetməyə keçid, kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir. Göründüyü kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar sosial rifahın yaxşılaşmasına yönəldilir. Hansı ki, dünya təcrübəsində iqtisadi islahatlar bəzən ağrılı keçir və sosial rifaha mənfi təsir göstərir.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə sosial-humanitar layihələr gerçəkləşdirilir.

Bütün hallarda əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələməli və əmək məhsuldarlığı ilə əlaqələndirilməlidir.

- Bəs neft gəlirləri və inflyasiya tənzimlənməsi arasında hansı əlaqə var?

- “Daimi gəlirlər” prinsipinə əsasən, neft gəlirləri nəsillərarası ədalətli bölünməlidir. Bu prinsipə görə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti doqquz faiz olmalıdır ki, neft gəlirləri nəsillər arasında ədalətli bölünsün. Bizdə bu göstərici 30 faizin ətrafındadır, yəni məqbul normadan üç dəfə çox. Bəli, biz postkonflikt quruculuğu və pandemiya şəraitində fiskal konsolidasiyaya gedə bilmərik, heç getmirik də. Müqayisə üçün deyim ki, BVF-nin hesablamalarına əsasən, Azərbaycanın 2020-ci ildə pandemiya əleyhinə dövlət paketinin miqyası ÜDM-in 4,8 faizi olmaqla Qafqaz və Mərkəzi Asiya, həmçinin inkişaf etməkdə olan ölkələrin müvafiq göstəricisini üstələyir. Yəni, Azərbaycanın pandemiya ilində iqtisadi imkanları ilə müqayisədə vətəndaşlara və biznesə verdiyi dəstək daha yüksək olub. Amma etiraf edim ki, “daimi gəlirlər” prinsipinin pozulması hesabına. 2004-cü ildə təsdiqlənmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da “dəyişməz real xərclər” prinsipi vardı, amma 2018-ci ildə qəbul edilən “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda artıq yanaşma dəyişdi. Beləliklə, strateji düşüncə Qarabağda rekonstruksiyanı, milli təhlükəsizliyi, pandemiyanı və regionda yaranmış yeni reallığı da nəzərə almaqla riyaziyyatın diktə etdiyi “daimi gəlirlər hipotezi”ni balanslaşdırır. “Daimi gəlirlər” prinsipi sırf riyazi məntiqə söykənir. Amma strateji düşüncə riyazi məntiqlə yanaşı, mövcud reallığı da tam nəzərə alır. Strateji düşüncə isə deyir ki, Prezident İlham Əliyev 50 illik yubileyini Ağcabədidə Laçından olan məcburi köçkünlərlə keçirmişdisə, 60 illik yubileyini müzəffər Ordunun Ali Baş Komandanı olaraq Azərbaycanın mədəniyyət paytaxtı – Şuşada qeyd etdi. Neft gəlirlərinin nəsillərarası bölgüsünün bundan ədalətli nümunəsi ola bilməz ki, bizim nəsil 30 illik problemi növbəti nəsillərə ötürmədi.

“Daimi gəlirlər” prinsipindən tam imtina da etmək olmaz, çünki dövlətin xalis maliyyə aktivləri azala bilər. Buna görə də 2022-ci ildən etibarən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ortamüddətli dövrdə ardıcıl surətdə azaldılması nəzərdə tutulur. Növbəti illərdə qeyd olunan göstərici üzrə hədəflərin təkmilləşdirilmiş büdcə qaydasına əsasən müəyyən edilməsi və illik əsasda azaldılması büdcənin neft gəlirlərindən asılılığının aradan qaldırılmasına, orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığın təmin edilməsinə şərait yarada bilər.

- Makroiqtisadi koordinasiyanın əsas məqamları haqqında nə demək mümkündür?

- Azərbaycanın fiskal və pul-kredit siyasətləri bir-birini tamamlamaqla ölkənin qarşısında duran əsas vəzifələrin reallaşmasına, o cümlədən bütün mənalarda sabitlik, davamlı inkişaf, azad olunmuş ərazilərin reinteqrasiyası və milli təhlükəsizlik, həmçinin yeni reallıqda Azərbaycanın regional oyunçu kimi mövqelərinin gücləndirilməsinə yönəlib. Baş nazirin rəhbərliyi altında İqtisadi Şura makroiqtisadi koordinasiyanın effektivliyi və iqtisadi subyektlərin gözləntilərinin düzgün idarə olunmasını hədəfləyir.

Mərkəzi Bankın bu il üçün pul siyasəti bəyanatında deyilir ki, pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək. Əlbəttə, xarici qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanı ən azı hədəf diapazonunun yuxarı həddinə yaxınlaşdırmaq lazımdır. Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək. Əvvəllər olduğu kimi əsas vəzifə maliyyə sektorunun sabitliyinin qorunması ilə inklüzivliyin, sığorta və kapital bazarlarının inkişafı, həmçinin real sektorun maliyyələşdirilməsinin genişləndirilməsidir.

Bu ilin əvvəlindən təkmilləşdirilmiş büdcə qaydası qüvvəyə minib və iki əsas parametr qəbul olunub. Birincisi, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti və digəri isə dövlət borcunun ÜDM-ə nisbəti. Beynəlxalq Valyuta Fondunun da tövsiyələrinə uyğun olaraq indiki büdcə qaydası daha çevik, sadə, rahat və güvənlidir.

Yeni qaydalar imkan verir ki, fiskal siyasət kontr-tsiklik olmaqla böhranlara və iqtisadiyyatın “hərarətlənməsinə” adekvat reaksiya versin. İcmal büdcənin baza xərclərinin yuxarı həddinin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üzrə hədəflənən yuxarı hədlə tənzimlənməsi onun qeyri-neft gəlirləri ilə uzlaşdırılmasına və dolayısı ilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə imkan verəcək. Bu, çox vacib məqamdır. Çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təkcə dövlət büdcəsinin tarazlığı üçün deyil, həm də məcmu tələb-təklifin və daxili maliyyə bazarının tənzimlənməsi, deməli, həm də inflyasiyanın əsas lövbəri olan manatın sabitliyi baxımından da əhəmiyyətlidir.

Büdcə qaydası mühüm fiskal institutdur və bu tip institutsional islahatlar davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib