CƏMİYYƏT
XƏZƏRYANI ÖLKƏLƏRİN EKSPERTLƏRİ XƏZƏR DƏNİZİNDƏ ƏTRAF MÜHİTİN QORUNMASINA DAİR KONVENSİYA BARƏDƏ RAZILIĞA GƏLMİŞLƏR
Xəzər dənizində ətraf mühitin qorunmasının hüquqi mexanizminin tam dürüst ifadə edilməsi üzrə səlahiyyətli nümayəndələrin Astanada keçirilmiş səkkizinci görüşündə Xəzəryanı ölkələrin ekspertləri müvafiq Konvensiyanın bütün müddəaları barədə razılığa gəlmişlər.
Görüşün iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Xəzər” kompleks monitorinq xidmətinin rəhbəri Lətifə Hüseynova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüş BMT-nin Ətraf Mühitə dair proqramının, BMT İP-in, TASİS-in himayəsi ilə keçirilmişdir. Çərçivə Konvensiyasının imzalanacağı vaxt müəyyən edilməmişdir, çünki onun yekun variantına Xəzəryanı ölkələrin hökumətləri tərəfindən baxılmalıdır.