REGİONLAR


Xaçmazda baş verən qəzada 5 nəfər xəsarət alıb VİDEO

Xaçmaz, 28 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 28-də, axşam saatlarında Xaçmaz rayonu ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı Şəki şəhər sakini Vüsal Əhmədzadənin idarə etdiyi 55 BV 829 nömrəli “AVİA-A-31” markalı yük avtomobili Quba rayon sakini Sərvər Aslanova məxsus 99 XT 653 nömrəli “Lada Priora” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü və avtomobillərdə olan daha üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin tibbi yardımdan sonra yaralılardan ikisi evə buraxılıb. Xəsarətləri ciddi olan üç nəfər isə müalicəsini xəstəxanada davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.