MƏDƏNİYYƏT
Xalq Artisti Oqtay Kazıminin xatirəsinə həsr edilən konsert proqramı təqdim olunub
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq Artisti Oqtay Kazıminin xatirəsi konsert proqramı ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bəstəkarın 85 illiyi münasibətilə keçirilən tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Oqtay Kazıminin ailə üzvləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. AMK-nın “Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Xalq Artisti Siyavuş Kərimi və bəstəkarın həyat yoldaşı Fəridə Kazımova çıxış edərək Oqtay Kazımi haqqında xatirələrini bölüşüblər.
Qeyd edək ki, konsertin bədii rəhbəri AMK-nın müəllimi, “Tələbə xoru”nun dirijoru Təranə Yusifovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]