MƏDƏNİYYƏT
Xalq artisti Fidan Hacıyeva növbəti dəfə Karmeni canlandırıb
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin “Karmen” operası növbəti dəfə nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində Karmen partiyasını teatrın aparıcı solisti, Xalq artisti Fidan Hacıyeva ifa edib.
Vokalçıların parlaq ifaları, zəngin dekorasiya və kostyumlar teatrın baş dirijoru, Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevin idarə etdiyi orkestrin yüksək professional müşahidəsi operanı daha baxımlı edib.
Səhnə əsərində Xalq artistləri Əli Əsgərov (Suniqo), Gülnaz İsmayılova (Fraskita), Əməkdar artistlər Fərid Əliyev (Xoze), İlahə Əfəndiyeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Remendado), solist Nina Makarova (Mersedes) çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]