DÜNYA
Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi keçirilir
İstanbul, 16 iyun, AZƏRTAC
Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ilk səsvermə gömrük-keçid məntəqələrində və xarici ölkələrdə başlayıb.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir. Təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə, o cümlədən ölkədən çıxan vətəndaşlar 36 gömrük-keçid məntəqəsində səsvermədə iştirak edə biləcəklər.
Xarici ölkələrdə və gömrük-keçid məntəqələrində səsvermə iyunun 23-də başa çatacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]