“Xəyal və idrakın vəhdəti” kitabı çapdan çıxıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin “Xəyal və idrakın vəhdəti” adlı yeni kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, kitabda XX əsrin qüvvətli poetik cərəyanlarından olan fəlsəfi-intellektual poeziya təmayülünün təkamül prosesi araşdırılır. Müəllif bu təmayülün bədii-fəlsəfi mahiyyətini açmaq üçün Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Əli Kərimin, Məmməd Arazın, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Ələkbər Salahzadənin, Çingiz Əlioğlunun, Fikrət Sadıqın, Vaqif Cəbrayılzadənin və Rüstəm Behrudinin yaradıcılığının fərdi ideya-üslub özəlliyini yeni metodologiya ilə təhlil və müəyyən edir. Müəllif əsərində onların bu təmayülə gətirdikləri bədii-fəlsəfi və poetik struktur sistemlərini səciyyələndirir. Elmli şeir və şeir elmi haqqında əsər kimi yazılan kitab mütəxəssis filoloqlar, poeziya sənətini sevənlər və tələbələr üçün nəzərdə tutulur.
Nəfis şəkildə tərtib olunmuş nəşrin elmi redaktoru AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.02.2026 [12:21]
BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinə kitablar hədiyyə edib
- 14.02.2026 [11:37]
BDU-da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır
- 14.02.2026 [02:31]
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
- 13.02.2026 [17:14]
Bakı Ali Neft Məktəbində innovativ təlim infrastrukturu genişləndirilib
Fransada irqçiliklə mübarizə gücləndiriləcək
- 13.02.2026 [23:57]
Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb
- 13.02.2026 [23:08]
Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq
- 13.02.2026 [22:41]
Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb
- 13.02.2026 [22:07]