REGİONLAR
Xırdalanda ağır yol qəzası baş verib
Xırdalan, 21 yanvar, AZƏRTAC
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən AZƏRTAC–a bildirilib ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneələrə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Fazil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı ona döş qəfəsinin küt travması, hər iki baldırın və sol qolun çoxsaylı yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [14:18]
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB
- 26.04.2024 [12:33]
Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
- 26.04.2024 [12:03]
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb
- 26.04.2024 [12:01]
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
- 26.04.2024 [11:45]
Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur
- 26.04.2024 [10:56]