SİYASƏT
Xorvatiya Prezidenti: Bizi birləşdirən dəyərləri qoruyub saxlamalıyıq
Bakı, 6 noyabr, AZƏRTAC
Qlobal tendensiyalara dəyişir. Avropa İttifaqı hazırkı reallığın fonunda yardımçı rolunu oynamır. Aİ-nin daxilində təhlükələr mövcuddur. Bizim Aİ-dən gözləntilərimiz var. Amma, ilk növbədə, özümüzə güvənməliyik. Bizi birləşdirən dəyərləri qoruyub saxlamalıyıq. Biz vahid Avropa görmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal arenada Avropa İttifaqının gələcəyi” mövzusunda panel iclasında Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib.
Sabiq Prezident deyib: “Biz gördük ki, Avropa İttifaqı birləşə və vahid siyasət yürüdə bilmədi. Biz Xorvatiyada demokratik nizamı bərqərar edə bilmişik”.
O diqqətə çatdırıb ki, avropalaşma prosesi tamamlanmayıb və boşluq hiss olunur. Aİ-nin formalaşması ləng gedən prosesdir.