REGİONLAR
Xudat şəhərində 22 küçəyə asfalt döşənib, yeni dairəvi yol qurulub VİDEO
Xaçmaz, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Xaçmaz rayonunun Xudat şəhərində yenidənqurma işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xudat şəhərinin girişində yeni dairəvi yol qurulur, küçələr asfaltlanır, ətrafda yerləşən sahibkarlıq obyektləri müasir üslubda yenilənir.
Abadlıq-quruculuq işləri çərçivəsində şəhərdaxili yolun genişləndirilməsi sürətlə davam etdirilir. Piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur, müasir gecə işıqlandırma sistemi yaradılır. Bu günə kimi Xudat şəhərində 22 küçəyə asfalt döşənib.
Ölkə rəhbərliyinin tapşırığı ilə aparılan quruculuq işləri regionda turizmin inkişafında və əhalinin rifah halının daha da yaxşılaşmasında mühüm rol oynayacaq.