SİYASƏT
YANVAR HADİSƏLƏRİNİN 13-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNUR
Gənclər, İdman və Turizim Nazirliyinin yanvar hadisələrinin 13-cü ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində yanvarın 15-dən bütün rayonlarda şəhidlərin dəfn olunduqları yerlərin abadlaşdırılması işləri başlanmışdır. Nazirlikdə gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə bu faciyəli günə həsr olunmuş yığıncaq keçiriləcək, şəhid ailərləinə maddi yardım göstəriləcək, ehsanlar veriləcəkdir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeniyetmə rəssamların “Müstəqillik tarixində səhifə” mövzusunda əsərlərindən ibarət sərgi açmaq nəzərdə tutulur.
Yanvarın 19-da “Azərbaycan” mehmanxanasının yanından Azərbaycan və İran velosipedçilərinin iştirakı ilə velosiped yürüşü başlanacaqdır. 20 Yanvar ərəfəsində qaçış, karate və sərbəst güləş üzrə yarışlar da keçiriləcəkdir.