SİYASƏT
YAP NƏRMANOV RAYON TƏŞKİLATI BİRİNCİLƏR SIRASINDADIR
Partiyanın rayon təşkilatının sədri Təhmiraz Tağıyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi partiyanın I və II qurultaylarının qarşıya qoyduğu vəzifələrin rayon təşkilatı tərəfindən uğurla həyata keçirildiyindən danışmış, mövcud problemlər və çətinliklər barədə məlumat vermişdir.
Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq məqsədi ilə Nərimanov rayon təşkilatına müraciət edənlərin sayının artdığını bildirən natiq qeyd etmişdir ki, partiya üzvləri ulu öndərimiz Heydər Əliyevin ideyalarını yaşatmaq üçün əzmkarlıqlarını daha da artırmalıdırlar.
Məruzəçi demişdir ki, Nərimanov rayon təşkilatı qarşıdan gələn bələdiyyə seçkilərinə səylə hazırlaşır. Respublika ictimaiyyəti qarşısında nüfuzunu itirən müxalifət nümayəndələri bu seçkilərdə Nərimanov rayon seçicilərindən də səs ala bilməyəcəklər.
Məruzə ətrafında çıxış edənlər partiyanın rayon təşkilatı şurasının ötən konfransdan sonrakı işini kafi qiymətləndirmişlər. Natiqlər bildirmişlər ki, əldə olunan uğurlardan arxayınlaşmaq olmaz. Partiya fəalları bütün imkanlarını səfərbər edib qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşmalıdırlar.
YAP idarə heyətinin üzvü Misir Mərdanov çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Axırda təşkilati məsələlərə baxılmışdır. Təhmiraz Tağıyev yenidən YAP rayon təşkilatının sədri seçilmişdir.
Konfrans iştirakçıları adından ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevə müraciət qəbul olunmuşdur.