CƏMİYYƏT


Yalnız indiki nəslin hələ planeti xilas etmək şansı var

Bakı, 23 aprel, AZƏRTAC

Bəşəriyyət öz həyat tərzini dəyişməli və təbiətlə harmoniya şəraitində yaşamağı öyrənməlidir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, BMT Baş Assambleyasının Beynəlxalq Yer Gününə həsr edilmiş iclasının leytmotivi belə olub.

Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa diskussiyanı açaraq xatırladıb: “Təbiətə qayğı – insanlara qayğı deməkdir”.

Mariya Fernanda Espinosa planetdə həyat dövrünə hörmət bəsləməyə, indiki və gələcək nəsillərin firavanlığı naminə bioloji müxtəlifliyin qorunub saxlanmasına nail olmağa çağırıb. Axı bitkilər və heyvanlar insanın sağlamlığını qoruyub saxlamağa bu və ya digər dərəcədə kömək edir, onlar bəşəriyyətin rifah mənbəyidir. Lakin son illərdə bioloji müxtəlifliyin sürətlə azalması müşahidə olunur: mərcan riflərindən başlamış pələnglərə və quş növlərinə qədər bir sıra nadir bitki və heyvan növləri tamamilə məhv olması təhlükəsi yaranıb.

Espinosa deyib: “Planetimizə və onun sakinlərinə vurulan ziyanı dayandırmaq üçün sonuncu şans bizim nəslə məxsusdur”.

Görüş iştirakçılarının çoxu Mariya Fernanda Espinosanın fikrinə şərik olduqlarını bildirib və iqlim dəyişmələrinə qarşı mübarizəyə yönəlmiş qətiyyətli tədbirlər görməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.