DÜNYA


Yaponiya COVID-19-a yoluxma sayında dünyada birinci yerə çıxıb

Tokio, 28 iyul, AZƏRTAC

Koronavirus pandemiyası dövründə bütün dünyada ən aşağı göstəricilərin qeydə alındığı Yaponiya, sutkalıq yoluxma sayına görə bütün ölkələr arasında birinci yerə çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat yayıb. Bildirilir ki, iyulun 27-nə olan son məlumata görə, Yaponiyada sutka ərzində 200 mindən çox yoluxma halı qeydə alınıb.

Həmçinin qeyd edilir ki, bu göstərici iyulun 27-də ABŞ-da 117,5 min, Cənubi Koreyada 100,3 min, İtaliyada 88,7 min və Fransada 87,6 min olub.

Bütün pandemiya dövründə COVID-19-a yoluxma üzrə ən aşağı göstəricinin qeydə alındığı Yaponiyada son bir neçə həftə ərzində yoluxma sayı artıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Yaponiya hazırda pandemiyanın yeddinci mərhələsini yaşayır. Hökumət komissiyasının üzvləri bunu “BA.5” variantının yayılması ilə izah edirlər.

Epidemik vəziyyətin gərginliyinə baxmayaraq, Yaponiya hökuməti məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. Əhalidən sayıqlıq göstərmək və təkrar peyvənd olunmaq xahiş edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.