DÜNYA


Yaponiya beş ölkə ilə peyvənd pasportlarının qarşılıqlı tanınması barədə razılıq əldə edib

Tokio, 21 iyul, AZƏRTAC

Yaponiya beş ölkə ilə peyvənd pasportlarının qarşılıqlı tanınması məsələsi barədə razılıq əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 21-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib.

“Hazırda müvafiq ölkələrin qanunvericiliyinə uyğun olaraq biz İtaliya, Avstriya, Türkiyə, Polşa və Bolqarıstanla peyvənd pasportlarının qarşılıqlı tanınması barədə razılıq əldə etmişik”, - deyə məlumat verən baş katib Yaponiya vətəndaşlarının bu ölkələrə səfər zamanı karantinə cəlb olunmayacaqlarını bildirib.

Xəbər verdiyimiz kimi, bu ərəfədə Yaponiya hökuməti iyulun 26-dan başlayaraq peyvənd pasportlarının verilməsi ilə əlaqədar müraciətlərin qəbul olunacağını elan edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.