MƏDƏNİYYƏT
“Yaponiya üzərində Qələbə günü Tayms-skverdə” adlı məşhur fotoşəklin qəhrəmanı ABŞ-da vəfat edib
Vaşinqton, 19 fevral, AZƏRTAC
“Yaponiya üzərində Qələbə günü Tayms-skverdə” adlı məşhur fotoşəklin qəhrəmanı olmuş dənizçi Corc Mendoza 95 yaşında ABŞ-da vəfat edib.
Corc Mendozanın adından daha çox onun ABŞ tarixində rolu məşhurdur. AZƏRTAC xəbər verir ki, Mendoza insult nəticəsində vəfat edib. Məşhur fotoşəkil İkinci Dünya müharibəsinin başa çatdığı gün Mendozanın Tayms-skverdə bir tibb bacısı ilə öpüşdüyü anda çəkilib.
Tibb bacısı ilə Mendozanın bu məşhur fotoşəkli 1945-ci il avqustun 14-də - Yaponiya üzərində Qələbə günü Alfred Eyzenştadt tərəfindən çəkilib. Əynində tibb bacısı forması olan Qreta Simmer Firdman o vaxt diş həkiminin assistenti idi. Yaponiyanın təslim olması barədə xəbərdən vəcdə gəlmiş Mendoza Tayms-skverdəki qadınların yanına qaçıb, onlarla rəqs edir, sonra isə dodaqlarından öpürmüş. Mendoza tibb bacısı Fridmanı qucaqlayıb öpən vaxt Eyzenştadt onların şəklini çəkib.
Yusif Babanlı
AZƏRTAC –ın xüsusi müxbiri
Vaşinqton