DÜNYA


Yaponiya və ABŞ KXDR-in nüvə silahının ləğvi ilə bağlı müzakirələr aparıblar

Tokio, 5 oktyabr, AZƏRTAC 

Yaponiyada səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo və Baş nazir Şinzo Abe Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahının ləğvi ilə bağlı sıx qarşılıqlı əməkdaşlıq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. M.Pompeonun sözlərini sitat gətirən agentlik yazır: “KXDR-də zorla saxlanılan yapon vətəndaşları, bu ölkənin nüvə və raket proqramları ilə bağlı ümumi rəyə gəlmək lazımdır. KXDR-in nüvə silahının tam ləğvi üçün sıx əməkdaşlıq zəruridir”.

Baş nazir Şinzo Abe M.Pompeonun KXDR-ə səfər ərəfəsində Tokionu ziyarətini yüksək qiymətləndirib. O deyib: “Mən məhz KXDR-ə səfər ərəfəsində sizin Yaponiyaya gəlişinizi çox yüksək qiymətləndirirəm. KXDR-də zorla saxlanan yapon vətəndaşları, bu ölkənin nüvə və raket proqramları ilə bağlı sıx fəaliyyətin lazım olduğunu düşünürəm”.

Qeyd edək ki, M.Pompeo Pxenyana getməzdən əvvəl oktyabrın 6-da Tokioya gəlib. Onun Şinzo Abe ilə KXDR lideri ilə qarşıdakı danışıqların detallarını müzakirə etdiyi güman olunur. Həmin gün M.Pompeonun yapon həmkarı Taro Kono ilə də müzakirələr aparacağı planlaşdırılır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.