DÜNYA
Yaponiya və ABŞ hərbi hava qüvvələri birgə təlimlər keçiriblər
Tokio, 30 aprel, AZƏRTAC
Yaponiya və ABŞ-ın hərbi hava qüvvələri Yapon və Cənub-Şərqi Çin dənizləri üzərində birgə hava təlimləri keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin on üç “F-15” və iki “F-2” qırıcı təyyarəsi, ABŞ-ın iki “B-52” bombardmançı təyyarəsi iştirak edib.
Qeyd edək ki, Tokio ilə Pekin arasında ərazi mübahisəsinə səbəb olan Senkaku (Dyaoyuydao) adaları Cənub-Şərqi Çin dənizində yerləşir.
Bununla yanaşı, Yaponiyanın müdafiə naziri Nobuo Kişi mətbuat konfransı zamanı ölkəsinin Çinin dənizdə fəaliyyətini böyük narahatlıqla izlədiyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]