DÜNYA
Yaponiyada 2018-ci ildə boş evlərin sayı rekord həddə çatıb
Tokio, 27 aprel, AZƏRTAC
Yaponiyada 2018-ci ildə boş evlərin sayı 8 milyon 460 minə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Ümummilli İşlər Nazirliyinin aprelin 26-da dərc etdiyi hesabatda məlumat verilir. Həmin hesabat beş ildən bir dərc edilir.
Sənəddə qeyd edilir ki, 2018-ci il oktyabrın 1-nə olan son məlumata görə ölkə üzrə boş evlərin sayı 8 milyon 460 minə çatıb və bu, ölkədəki ümumi evlərin sayının 13,6 faizini təşkil edir.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, əgər boş evlər haqqında tezliklə qərar qəbul edilməsə, ölkədə təhlükəsizliyin səviyyəsinə və ətraf mühitə böyük zərər dəyə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]