Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsi mexanizmləri - Dünyanın elm təcrübəsindən

Yaponiyada elmi tədqiqatların maliyyələşdirilməsi mexanizmləri -  Dünyanın elm təcrübəsindən

Tokio, 3 mart, AZƏRTAC

Tədqiqatlar və innovasiyaları dəstəkləmək üçün dövlət büdcəsindən ayrılan vəsait Yaponiyanın çoxsaylı nazirlikləri və müəssisələri arasında bölünür. Həmin vəsait əsasən İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi, Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi tərəfindən yönləndirilir.

AZƏRTAC-ın xüsusi müxbirinin Yaponiyada elmi tədqiqatların maliyyələşdirilmə mexanizmləri ilə bağlı araşdırmalarına görə, büdcə vəsaiti hesabına elmi tədqiqatlara və innovasiyalara institusional dəstək isə dövlət elmi-tədqiqat institutları və universitetlər tərəfindən göstərilir. Özəl sektorda da belə bir yanaşma mövcuddur. Bu aspektdən Yaponiyada elmi tədqiqatlara maliyyə dəstəyi sistemi digər inkişaf etmiş ölkələrlə müqayisədə kəskin fərqlənir.

Dövlət və özəl elmi təşkilatlarda fundamental və tətbiqi tədqiqatlara, təcrübi-konstruktor araşdırmalarına yardımlar fərqli xüsusiyyətlərə malikdir. Ali təhsil müəssisələrində fundamental tədqiqatlara vəsaitin 55 faizi, tətbiqi tədqiqatlara 36 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 9 faizi sərf edilir. Dövlət elm təşkilatlarında isə fundamental tədqiqatlara 23 faiz, tətbiqi tədqiqatlara 33 faiz, təcrübi-konstruktor araşdırmalarına 44 faiz vəsait yönəldilir. Özəl təşkilatlara gəlincə, fundamental tədqiqatlara ayrılan vəsaitin 7 faizi, tətbiqi tədqiqatlara 19 faizi, təcrübi-konstruktor araşdırmalarına isə 74 faizi sərf olunur. Bu bölgü uzun illərdən bəri davam etməkdədir.

Yaponiyada tətbiqi tədqiqatlar aparıcı yer tutsa da son illər fundamental və tətbiqi sahələr üzrə tədqiqatlar arasında sərhəd, demək olar, aradan qalxıb. Bu özünü, xüsusən informasiya və kommunikasiya sistemləri, mikroelektronika, bio və nanotexnologilyalar sahələrində daha qabarıq göstərir. Nəticədə ölkədə özəl sənaye sahəsində elmi-tədqiqat müəssisələrinin sayı 1976-cı ildəki 196-dan, 1996-cı ildə 487-dək artıb. Bununla yanaşı, son iyirmi ildə həmin təşkilatların sayı bir qədər azalaraq 425-ə enib.

Hökumət elmi tədqiqatla məşğul olan yeni nəslin say və keyfiyyət baxımından inkişafına xüsusi diqqət göstərir. Maraqlıdır ki, 1949-cu ildən başlayaraq yapon alimlər 25 Nobel mükafatına layiq görülüblər, onlardan 8-i bu mükafatı 2010-2016-cı illərdə alıb. Müxtəlif təşkilatlarda elmi tədqiqat və innovasiyalarla məşğul olanların sayı 1980-ci ildəki 64 mindən 2015-ci ildə 1 milyon 189 min nəfərə çatıb.

Əhalinin sürətlə azalması problemini yaşayan Yaponiya işçi qüvvəsi bazarında spesifik çətinliklərə baxmayaraq, əcnəbi alimləri və yüksəkixtisaslı mütəxəssisləri ölkəyə dəvət etməyə başlayıb. Digər tərəfdən, Yaponiya korporasiyaları ABŞ-da və Avropa ölkələrində tədqiqat mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirirlər. Bu elmi tədqiqat layihələrində yerli mütəxəssislər fəal iştirak edirlər. Həmin tədqiqatların nəticələri bu korporasiyaların məhsulu hesab edilir.

Xarici universitetlərlə əməkdaşlıq çərçivəsində ayrılmış xüsusi vəsait hesabına tədqiqatların aparılması üçün yeni kafedralar yaradılır. Məsələn, ABŞ-ın Massaçusets Texnoloji Universitetində Yaponiyanın sifarişi ilə hər il 4 milyon dollar həcmində elmi tədqiqat işləri aparılır. Həmin universitetdə bu məqsədlə 12 kafedra fəaliyyət göstərir.

Buna baxmayaraq, Yaponiya qlobal elmi inteqrasiyada digər ölkələrə nisbətən geri qalır. Məsələn, 2008-ci ildən sonra Yaponiyadakı əcnəbi şirkətlərin innovativ məhsulları cəmi 3 faiz təşkil edir ki, bu da ABŞ (12 faiz) və Avropa İttifaqındakı (16 faiz) göstərici ilə müqayisədə çox aşağıdır. Yaponiya iqtisadiyyatın elmi-texniki sektorunda əcnəbi şirkətlərin sayına görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında sonuncu yeri tutur. Buna uyğun olaraq Yaponiyada elmi tədqiqatlar və innovasiyalara yönəldilən xarici investisiyalar da çox yüksək deyil.

Yaponiyada elmi tədqiqatlara və innovasiyalara dövlət büdcəsinin vəsaitini sərf edən əsas müəssisələr Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin tabeliyində olan Yaponiya Elmin İnkişafı Cəmiyyəti (Japan Society for the Promotion of Science, JSPS) və Yaponiya Elm və Texnika Agentliyidir.

Qeyd etdiyimiz kimi, Yaponiyada elmi tədqiqatların əsas maliyyə mənbələrindən biri qrant layihələrin dəstəklənməsidir. Qrant əsasında maliyyələşməni Yaponiya Elmin İnkişafı Cəmiyyəti (JSPS) həyata keçirir. Bu cəmiyyət 1932-ci ildə qeyri-kommersiya fondu kimi təsis edilib. 1967-ci ildə Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin nəzdində kvazi-hökumət statusu alıb və bu da onun fəaliyyət dairəsini genişləndirməyə şərait yaradıb. 2003-cü ildə isə JSPS müstəqil administrativ müəssisə kimi yenidən qurulub. Onun fəaliyyətinin əsas istiqaməti elmin inkişafına dəstək verməkdir. Bu məqsədlə riyaziyyat, fizika, kimya, biologiya, tibb, kənd təsərrüfatı, sosial və humanitar elmlər daxil olmaqla, nəzəri və tətbiqi elmlər üzrə milli və beynəlxalq proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir.

JSPS-nin əsas vəzifələrinə gənc alimlərin dəstəklənməsi, beynəlxalq elmi əməkdaşlığa yardım, elm cəmiyyəti ilə sənaye sahələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi tədqiqatlar və innovasiyalar barədə informasiyanın toplanması və yayılması işləri daxildir.

Cəmiyyətin fəaliyyətinə JSPS-nin prezidentinin, iki icraçı direktorun və iki baş direktorun daxil olduğu Məsləhət Şurası rəhbərlik edir. İdarəetmə strukturu beynəlxalq proqramlar departamenti, insan ehtiyatlarının inkişafı proqramı və administrasiyadan ibarətdir. Cəmiyyətin tərkibinə Elmi Sistemlər üzrə Tədqiqat Mərkəzi, Qlobal Elmlər üzrə İnformasiya Mərkəzi, həmçinin ABŞ-da (Vaşinqton və San-Fransiskoda), Almaniyada, Böyük Britaniyada, İsveçdə, Fransada, Tailandda, Çində, Misirdə və Keniyada yerləşən xarici bürolar daxildir.

JSPS-nin əsas maliyyə vəsaiti Yaponiya hökumətinin hər il ayırdığı subsidiyalar hesabına formalaşır, illik büdcəsi təqribən 3 milyard ABŞ dolları civarındadır. Bu vəsaitin əsas hissəsi (təqribən altıda beşi) elmi tədqiqatların dəstəklənməsinin müxtəlif istiqamətlərinə sərf olunur. Buraya Əcnəbi Tədqiqatçıların Dəstəklənməsi Fondu, Uzunmüddətli Qrant Dəstəyi Fondu, xüsusi proqramlar, Əcnəbi Gənc Tədqiqatçıların Dəstəklənməsi Fondu, elmi tədqiqatların dəstəklənməsi üçün qrantlar və hökumət subsidiyaları daxildir.

Yaponiya Elmin İnkişafı Cəmiyyəti fərdi və kollektiv tədqiqatlar üçün maliyyə yardımının aşağıda qeyd olunan növlərini təklif edir:

1. Yeni başlayan tədqiqatlar üçün qrantlar (icra müddəti - 2 il, illik vəsait - 1,5 milyon yen).

2. JSPS-nin üzvləri üçün qrantlar (icra müddəti - 3 il, illik vəsait - 1,5 milyon yen) .

3. Yaşı 39-dək olan gənc tədqiqatçılar üçün qrantlar (icra müddəti – 2-4 il, hər bir layihə üçün 5 milyondan 30 milyon yenədək vəsait).

4. Perspektivli araşdırma tədqiqatları üçün ilkin mərhələ qrantı (icra müddəti 1-3 il, hər bir layihə üçün 5 milyon yen).

5. Yaradıcı tədqiqatlar üçün qrant (icra müddəti - 3-5 il, fərdi layihə üçün 5 milyon yen, tədqiqat layihəsi üçün 5 milyon yendən 20 milyon yenədək vəsait).

6. Yaradıcı tədqiqatların kommersiya üçün faydalı olan növləri üzrə qrant (icra müddəti - 5 il, hər layihə üçün 50 milyondan 200 milyon yenədək vəsait).

7. Xüsusi stimullaşdırma ilə dünya miqyaslı tədqiqatlar üçün qrant (icra müddəti 3-5 il, hər layihə üçün 500 milyon yen) və s.

JSPS beynəlxalq elmi tədqiqatlar üçün qrant əsaslı beynəlxalq proqramlar da həyata keçirir. Buraya əcnəbi alimlərin Yaponiyaya səfərləri, onlara elmi dərəcələrin verilməsi, beynəlxalq elmi layihələr və elmi konfransların təşkili, xarici ali təhsil və elmi müəssisələr ilə ikitərəfli əməkdaşlıq proqramları, tədqiqat mərkəzləri arasında əməkdaşlıq və s. daxildir. Həmin proqramlarda Yaponiya ilə diplomatik münasibətləri olan bütün ölkələrin alimləri iştirak edə bilərlər.

İndi də fərdi tədqiqatçılar üçün qrantların verilməsi mexanizmlərinə nəzər salaq.

Yeni məzun olmuş xarici tədqiqatçılar üçün təqaüd proqramı gənc və istedadlı əcnəbi alimlərə Yaponiya universitetlərində və digər institutlarda aparıcı tədqiqat qrupları ilə birgə çalışmaq imkanı yaradır. Yaponiyaya məxsus tədqiqat təşkilatı vasitəsilə müraciət edən alim humanitar, sosial elmlər, təbiət elmləri, o cümlədən texniki və tibb elmlərinin istənilən sahəsində tədqiqat apara bilər. Xarici təşkilat vasitəsilə müraciət etdikdə isə, tədqiqatın həcmi bu təşkilatın xüsusiyyətləri ilə müəyyən edilir.

Qrant almaq üçün ərizə ilə müraciət edən əcnəbi şəxs qrantın başlanması zamanı elmlər namizədinə ekvivalent olan elmi dərəcəyə malik olmalıdır. O, yapon alimi ilə birgə tədqiqat planlarını əvvəlcədən razılaşdırmalıdır. Qrant müraciətləri yerli alim tərəfindən hazırlanır və JSPS-ə təqdim edilir.

Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin tabeliyində olan universitetlərin, tədqiqat institutlarının və elmi-tədqiqat korporasiyalarının yapon alimlərinin də bu qrantı almaq hüququ var. Digər təşkilatlar yalnız JSPS ilə razılaşdıqdan sonra belə müraciət göndərə bilər.

Yaponiyada uzunmüddətli tədqiqat təqaüdü proqramı bu ölkənin universitetlərində və elmi tədqiqat təşkilatlarında yapon alimləri ilə birgə araşdırmalar aparmaq üçün xarici alimlərin səfərlərinin təşkilini nəzərdə tutur. Professorlar (dosentlər) və universitet müəllimləri bu proqramda iştirak etmək hüququna malikdirlər.

Qısamüddətli tədqiqat təqaüdü proqramı isə tanınmış alimlərin müzakirələrə, seminarlara, mühazirə kurslarına və digər tədbirlərə qatılması üçün səfərlərini təşkil edir. Proqramda iştirak etmək hüququ yüksəkixtisaslı alimlərə, universitet professorlarına, müəllimlərə və əhəmiyyətli peşə təcrübəsi olan digər şəxslərə verilir. Təcrübə müddəti 14 gündən 60 günə qədərdir.

Elmi tədqiqatların qrant şəklində maliyyələşdirilməsi təşəbbüs layihəsinin elan edilən və gözlənilən nəticələrindən asılıdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb