MƏDƏNİYYƏT
Yaqub Zurufçu: Üzeyir Hacıbəyliyə ithaf edilən disk-albomun təşəbbüskarı özüməm
Bakı, 18 sentyabr, AZƏRTAC
Əməkdar Artist, tanınmış müğənni Yaqub Zurufçunun dahi bəstəkar Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Klassik əsərlər” adlı disk-albomu işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a müğənni özü məlumat verib.
ABŞ-ın “Low” səsyazma studiyasında hazırlanan alboma 16-dək əsər daxil edilib. Təşəbbüskarı və ideya müəllifi Y.Zurufçu olan albom Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində ərsəyə gəlib.
Albomda yer alan mahnıları müğənni Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə ifa edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]