İQTİSADİYYAT


Yarım ildə "Səngəçal" ES-də 525 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Bakı, 29 iyul, AZƏRTAC

"Səngəçal" Elektrik Stansiyasında (ES) iyunda 62,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 6 ayda isə stansiyada elektrik enerjisi üzrə istehsal 524,9 milyon kilovat-saata yaxın olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiya dispetçer qrafikinə uyğun şəkildə istismar edilir. Elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara texniki xidmətlər vaxtında göstərilib və nəticədə texniki iqtisadi göstəricilər yüksək olub.

Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

Ümumi gücü 300 meqavat olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir. “Səngəçal” ES-in digər stansiyalardan fərqi ondadır ki, burada əsas yanacaq kimi qazdan, istismar təhlükəsizliyi üçün isə ehtiyat yanacaq kimi mazut və dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.