DÜNYA
Yaxın həftələrdə Uqandada iki Ebola vaksininin klinik sınağı başlayacaq
Madrid, 7 oktyabr, AZƏRTAC
Ebola virusu yenidən Afrika qitəsində yayılır.
AZƏRTAC xəbər verir ki, Uqandada epidemiyaya səbəb olan Ebola bu infeksiyaya qarşı hazırlanmış peyvənd və virus əleyhinə preparatlara qarşı davamlıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Uqandada Ebola virusuna 63 yoluxma və 29 ölüm halının artıq təsdiqləndiyini xəbərdar edərək, ölkədə yeni peyvəndlərin klinik sınaqlarına mümkün qədər tez başlanmağa çağırıb.
T.Gebreyesus on tibb işçisinin virusa yoluxduğunu, dördünün öldüyünü bildirib: “Ehtiyat Fond fövqəladə hallar üçün 2 milyon dollar ayırıb və virusun qarşısını almaq üçün bölgəyə əlavə ekspertlər, materiallar və resurslar göndəriləcək”.
ÜST rəhbərinin sözlərinə görə, Konqo Demokratik Respublikasında Ebola epidemiyasının qarşısını almağa kömək edən peyvəndlər virusun Uqanda variantına qarşı təsirsizdir. Yaxın həftələrdə Uqandada iki Ebola vaksininin klinik sınağı başlayacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid