REGİONLAR


“YayFest” gənclər düşərgəsinin iştirakçıları kütləvi hərbi-hazırlıq təlimlərini izləyiblər VİDEO

Qusar, 17 iyul, Elxan Yusifli, AZƏRTAC

Şahdağ Turizm Mərkəzində təşkil olunan “YayFest” gənclər düşərgəsinin iştirakçıları iyulun 17-də kütləvi hərbi-hazırlıq təlimlərini izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun, Dövlət Turizm Agentliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil edilən düşərgəyə 500-dən çox gənc cəlb olunub. Düşərgədə gənclərin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Faiq Abbasov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Kənd Təsərrüfatı Nazirliyinin "AMAL" layihəsinin rəhbəri Elvin Nəbiyev, Xalq artisti və dövlət mükafatı laureatı Vaqif Mustafayev, digər dövlət rəsmiləri və incəsənət xadimləri ilə görüşləri keçirilib.

Düşərgənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, gənclər arasında təhsilin və sağlam həyat tərzinin təşviqidir.

Beş gün davam edəcək düşərgə müddətində azərbaycançılıq ideologiyası, tarix, incəsənət, sosial media, innovasiya və başqa mövzularda təlim və seminarlar təşkil edilir, mühazirələr dinlənilir və müzakirələr aparılır. Həmçinin iştirakçılar komanda işlərinə, əyləncəli oyunlara, düşərgənin keçirildiyi regionda tarixi-mədəni və təbiət abidələrinə səfərlərə cəlb olunacaqlar.

Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və filmlərin nümayişi təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.