SİYASƏT
“Yay məktəbi” çərçivəsində region gəncləri ilə görüş keçirilmişdir
Bakı, 24 iyul (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təsis edilmiş “Yay məktəbi” layihəsi partiyanın gənclər təşkilatı tərəfindən uğurla həyata keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Oğuz rayonunda region gəncləri ilə görüş keçirilmişdir. Görüşdə gəncləri maraqlandıran məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı demişdir ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir. Hələ ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərlə iş daim diqqət mərkəzində olmuşdur. Yeni mərhələdə Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi barəsində Sərəncamı gənclərin problemlərinin həlli istiqamətində mühüm addımdır. Gənclər də bundan səmərəli istifadə etməlidirlər.
Sonra çıxışlar olmuş, gənclərin sualları cavablandırılmışdır.