Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, birliyin üzvləri iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndikdən sonra birliyin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov 2011-2015-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. O, konfransın birinci Avropa Oyunları ərəfəsində keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib.

Seymur Orucov deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycanın gələcəyinin inkişafına təkan verir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolu var.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Hesabat dövründə YAP Gənclər Birliyinin sıraları daha da genişlənib və qurum daha da güclənib. Bu gün YAP-ın sıralarında 250 mindən çox gənc var. Bu da partiya üzvlərinin 40 faizini təşkil edir.

Diqqətə çatdırılıb ki, hesabat dövründə birliyin müasir tələblərə cavab verən ofisi gənclərin istifadəsinə verilib. Birlik gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumilikdə ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Seymur Orucov hesabat dövründə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, YAP Gənclər Birliyi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bütün səylərini Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılması, dövlət müstəqilliyinin, sabitlik və əmin-amanlığın qorunması istiqamətində həyata keçirməyə çalışır.

YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov qurumun təşkilati işləri, beynəlxalq əlaqələri barədə hesabat məruzələri ilə çıxış ediblər.

Vurğulanıb ki, hesabat dövründə 70-dək ölkədən 100-dən çox gənclər təşkilatı ilə əlaqələr qurulub. YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etdikləri də diqqətə çatdırılıb.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub.

Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım İbrahimova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)‬ sədri ‪‎Şahin İsmayılov‬, Gəncə Dövlət Universitetinin tələbəsi Rüfanə İbadlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, YAP Gənclər Birliyi ofisinin əməkdaşı Ümid Abuzərli çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, YAP Gənclər Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV deyib:

-1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıb. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi.

Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi.

Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq.

Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, dövlətimizin başçısı gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər.

1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin Ümumrespublika Toplantısında çıxış edən ulu öndər Heydər Əliyev xüsusi olaraq qeyd edib ki, gənclərin qarşısında duran əsas vəzifə öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdır.

Ulu Öndər hər zaman gənclərin hərtərəfli hazırlıqlı olmalarını tövsiyə edərək, XXI əsrdə Azərbaycanın inkişafını təmin edən qüvvənin məhz gənclər olduğunu vurğulayırdı. Qeyd edirdi ki, bunun üçün gənclər biliklənməli, təhsil almalı, sağlam həyat tərzi keçirməli, milli, mənəvi dəyərlərimizə daim söykənməli və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməlidirlər. Heydər Əliyev əminliklə vurğulayırdı ki, gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı və istedadlı gənclərimiz var.

Bu gün dövlətimizin başçısı İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Prezidentin fikrincə, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını ortaya qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.

Cənab Prezident İlham Əliyev hələ Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısındakı çıxışında ölkə gənclərinin ictimai-siyasi həyatımızda fəal iştirakını qeyd edərək, bugünkü gəncin sabah ölkəmizi idarə edəcək qüvvəyə çevrildiyini vurğulayıb. Buna görə də gənclərə böyük inam göstərilməsinin, onların müxtəlif vəzifələrdə irəli çəkilməsinin, gözəl təcrübə əldə etməsinin və gələcəyə hazırlıqlı olmasının vacibliyini bildirib.

Bu gün tam əminliklə demək mümkündür ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görmək istədiyi gənclik formalaşıb. Onlar Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan sağlam gənclərdir. Bu gənclərin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir.

Həqiqətən YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da ulu öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevə inam və etibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi və mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir.

Ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər.

Bildiyiniz kimi, son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər.

YAP Gənclər Birliyinin sıraları durmadan genişlənir və xeyli sayda gənc öz gələcək talelərini bu partiyanın fəaliyyətinə bağlayırlar. Təbii ki, bunun əsas səbəbi partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və partiyanın sədri İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər.

Bu gün YAP Gənclər Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu, o deməkdir ki, Birlik ötən fəaliyyət dövrünə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda, rəhbər strukturlarını yeniləyir. Fürsətdən istifadə edib yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edirəm.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli ƏHMƏDOV konfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, YAP-a üzv olan gənclər ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər, öz sıralarını daha da genişləndirirlər. Bu gün YAP Gənclər Birliyi böyük bir gücü öz ətrafında birləşdirib. Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri partiyanın sıralarında toplaşıblar.

Əli Əhmədov deyib: “Gənclik hər bir cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində müasirliyin, yeniliyin daşıyıcısıdır. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə siyasətinə ən böyük dəstək verən ictimai qüvvə kimi özünü göstərib. Hesab edirəm ki, məhz bu gənclik Azərbaycanın gələcəkdə daha firavan həyatının təmin olunmasına böyük töhfələr verəcək. Partiyanın sıralarında olmaqla əldə etdikləri biliklər, təcrübələr gənclərə gələcəkdə daha səmərəli fəaliyyət göstərmək üçün əsas verir.

Gənclik dövründə formalaşmış mənəvi keyfiyyətlər və xarakter insanın gələcək taleyini müəyyənləşdirir. Mən gənclərimizə ulu öndər Heydər Əliyev ideyalarına, partiyamıza sadiq, mübariz olmağı, fədakarlıq göstərməyi bacarmağı arzu edirəm. Əgər bu keyfiyyətlərə sahib olsanız o zaman bunlar sizin gələcəkdə daha çox uğur qazanmağınıza əsas yaradacaq. Bundan əlavə, gənclərimiz yaxşı təhsil almalıdırlar, dərin biliklərə yiyələnməlidirlər, müasir dünyagörüşünə sahib olmalıdırlar. Bunlar müasir dünyamızda ən əsas amillərdir. Eyni zamanda, gənclərimiz Azərbaycanı layiqincə təmsil etməlidirlər. Bu gün dünyada inteqrasiya prosesi gedir. Azərbaycan bu inteqrasiya prosesində iştirak edir. Azərbaycan gəncləri dünyanın ən aparıcı ali təhsil müəssisələrində təhsil alırlar, beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirak edirlər. Gənclərimiz öz bilikləri, dünyagörüşləri ilə bu cür tədbirlərdə Azərbaycanın nüfuzunu yüksəklərə qaldırmaq imkanlarına sahib olurlar. Düşünürəm ki, onlar bu sahədə də özlərini təsdiq etməyi bacarmalıdırlar. Gənclərimiz öz Vətənini sevməli, onun uğurlarına sevinməli, ona qarşı çıxanlarla mübarizə aparmalıdırlar. Əsl vətənpərvər insanın, xüsusən də gəncin əsas qürur mənbəyi öz xalqı, dövləti olmalıdır. Belə vətənpərvərlərin yaşadığı ölkəyə heç kim təcavüz, təzyiq edə bilməyəcək”.

Əli Əhmədov deyib ki, gənclərimiz həm də Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını heç vaxt unutmamalıdırlar. Onlar gərək ulu öndər Heydər Əliyevin qurub yaratdığı, bizə vəsiyyət etdiyi bu gücü, qüdrəti daim uca tutsunlar. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 650 mindən çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə bir statistika deyil, bu, 650 mindən çox Azərbaycan vətəndaşının Ümummilli Liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Birliyin hesabatı səsə qoyularaq qənaətbəxş hesab edilib. YAP Gənclər Birliyinin 63 nəfər Şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib.

Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri və müavinləri də seçilib. Seymur Orucov yenidən YAP Gənclər Birliyinin sədri seçilib. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva və Əli Pənahov qurumun sədr müavinləri seçiliblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq