DÜNYA
Yeni enerjidoldurma qurğusu 10 dəqiqəyə smartfonları tam şarj edəcək
Bakı, 14 iyul, AZƏRTAC
“OPPO” şirkəti 125 vatt gücündə çox sürətli enerjidoldurma qurğusunu təqdim etməyə hazırlaşır. Yenilik nəzəri cəhətdən müasir smartfona quraşdırılmış 4 min milliamper/saat tutumlu akkumulyatorun enerji ehtiyatını təxminən 10 dəqiqə ərzində tamamilə doldura biləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Super Flash Charge” texnologiyası rəsmi olaraq iyulun 15-də təqdim ediləcək. Təqdimat zamanı şirkətin nümayəndələri yeni texnologiyanın detallarını bölüşəcək, həmçinin onun kommersiya qurğularında tətbiq müddətini açıqlayacaqlar.
Qeyd edək ki, “OPPO” şirkəti ən sürətli enerjidoldurma standartının yaradıcısıdır. Şirkət 30 vattlıq enerjidoldurma qurğusunu çıxarmış ilk şirkətlərdən biri olub və hazırda bu texnologiya ən ucuz “realme” smartfonlarında da tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]