İDMAN


Yeniyetmə cudoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Yeniyetmə cudoçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Bakı, 5 may, AZƏRTAC

Mayın 6-8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı gücünü sınayacaq. Üç gün davam edəcək turnirdə 2008-2010-cü illər təvəllüdlü idmançılar iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan birinciliyinə seçim mərhələsi çərçivəsində keçirilən yarışlarda 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.

Yarışın təşkilində Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.