REGİONLAR


Yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan, 6 iyul, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər birinciliyi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Boks Federasiyasının birgə təşkil etdiyi birincilikdə 18 çəki dərəcəsində 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birinciliyin yekun nəticəsinə əsasən Tural Kərimsoy, Əli Məmmədov, Zülfü Tağıyev, Ayxan Heydərov, Murad Abbaszadə, Nicat İsmayılov, Kənan Cəfərli, Nizami Novruzov, Ələsgər Ələkbərov, Hüseyn Hüseynov, Murad Rəhimov, Həsən Hüseynov, Ayxan Süleymanov, Nadir Cəfərov, Nəriman Nağıyev, Kamran Allahverdiyev, Pərvin Sadiqov və Həsən Babayev öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.