Yevlaxda evdən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
AzerTAg.az
Yevlax, 11 may, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb. Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul oğurladığı müəyyən olunub.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, X.Əhmədovun digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var