CƏMİYYƏT


“Yüksəliş” müsabiqəsində əyani mərhələnin videomüsahibə turu başlayır

Bakı, 10 aprel, AZƏRTAC

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna start verir. Videomüsahibə turu 10 aprel - 1 may tarixlərində keçiriləcək. Əyani mərhələyə buraxılan 976 namizəd bu turda iştirak hüququ qazanıb.

AZƏRTAC xəbər verir ki, videomüsahibə mərhələsində namizədlər təklif olunan 5 sualdan 3-ünü seçərək cavablandıracaqlar. Videomüsahibə Azərbaycan dilində olmalıdır. Videonun ölçüsü 250 MB-dan çox (daha az ola bilər), müddəti isə 3 dəqiqədən artıq (daha az ola bilər) olmamalıdır.

Qeyd edək ki, təyin olunan müddətdə iştirakçı tərəfindən video yüklənilməsə, iştirakçının əvəzinə başqası çəkilsə, təqdim olunan sualların əvəzinə aidiyyəti olmayan başqa məlumat verilsə, kənar videolar (şəxsi videolar, reklamlar və s.) yüklənilsə, videonun müddəti və həcmi tələblərə cavab verməsə, namizədlər növbəti mərhələyə keçə bilməyəcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.