DÜNYA
Yunanıstan Beynəlxalq Valyuta Fonduna borcunu tezliklə ödəmək niyyətindədir
Afina, 10 aprel, AZƏRTAC
Yunanıstan Beynəlxalq Valyuta Fonduna (IMF) borcunu tezliklə ödəmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın maliyyə naziri Evklid Tsakalotos ölkəsinin nəzərdə tutulan vaxtdan tez IMF-yə olan borcunu ödəmək niyyətində olduğunu bildirib. Deyib ki, buna səbəb qurumun Yunanıstana böyük faizlərlə kredit ayırmasıdır.
Nazirin fikrincə, 5 faizlə ayrılan krediti hazırda Yunanıstan 3,4 faizlə əldə edə bilər. Eyni zamanda, Avropada stabillik mexanizmi tərəfindən ayrılan kreditlər Yunanıstana 1,5 faizlə verilir.
Qeyd edək ki, 2018-ci ilin avqustunda yunan hökuməti rəsmi olaraq dünya maliyyə böhranının nəticələri ilə mübarizəyə dəstək proqramından çıxdığını bəyan edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]