REGİONLAR


Zaqatalada 9565 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Zaqatala, 5 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9565,3 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,8 hektar çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 1530 hektarda kartof, 1834 hektarda tərəvəz, 2204 hektarda dən üçün qarğıdalı, 557 hektarda bostan bitkiləri, 103 hektarda dənli və dənli paxlalılar, 18 hektarda soya, 4 hektarda isə günəbaxan əkib, 3123 hektara yonca səpiblər.

Rayonda tütün əkini də mütəşəkkil davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 192,3 hektar sahəyə tütün şitilləri köçürüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.