Zelenski Ukraynanın yeni silah tədarükünə ehtiyacı olduğunu bildirib
AzerTAg.az

Bakı, 30 yanvar, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü ölkəsinin yeni silah tədarükünə ehtiyacı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski televiziya ilə çıxışında Donetsk vilayətinin şərq hissəsində vəziyyətin çox ağır olduğunu etiraf edib. O, Rusiyanın hücumlarının qarşısını almaq üçün ölkəyə sürətli şəkildə yeni silahların çatdırılmasına ehtiyac olduğunu vurğulayıb.
“Vəziyyət çox çətindir. Baxmut, Vuhledar və Donetsk vilayətləri Rusiya qoşunlarının daimi hücumu altındadır”, - Zelenski videomüraciətində bildirib: “Rusiya istəyir ki, müharibə uzansın və qüvvələrimizi tükəndirsin. Ona görə də silaha ehtiyacımız var. Biz tədarükləri sürətləndirməli və Ukrayna üçün yeni silah imkanları açmalıyıq”.
Xəbərin mətnində orfoqrafik səhv var