DÜNYA
Zimbabvedə tropik siklon səbəbindən 100-dən çox insan itkin düşüb
Bakı, 16 mart, AZƏRTAC
Zimbabvenin “İdai” tropik siklonunun təsirinə məruz qalması nəticəsində ölkənin şərqində ən azı 100 nəfər itkin düşüb.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində ölənlərin ola biləcəyindən ehtiyat edir. Hələ ki, həlak olanlar barədə məlumat verilmir.
Siklon ümumilikdə Mozambiklə sərhəddə yerləşən Manikalend əyalətində yaşayan 1000 nəfərə təsir edib. Təbii fəlakət elektrik təminatında ciddi problemlərə səbəb olub.
Qeyd edək ki, martın 15-də Mozambikin mərkəzi hissəsinin “İdai” tropik siklonunun təsirinə məruz qalması nəticəsində ən azı 19 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [15:39]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]