İDMAN
“Zirə” komandası “Neftçi”ni məğlub edib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksində təşkil olunan matçda “Zirə” klubu “Neftçi”ni qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu Davit Volkov 67-ci dəqiqədə rəqib qapısından keçirib.
“Zirə” bu qələbədən sonra xalların sayını 28-ə çatdırıb və üçüncü pillədəki mövqeyini qoruyub. Hesabında 33 xal olan “Neftçi” turnir cədvəlində liderliyini davam etdirir.
Qeyd edək ki, turun birinci görüşündə "Qəbələ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Digər oyunlarda isə “Sabah” “Keşlə”, “Qarabağ” isə “Səbail” ilə qarşılaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]