ELM VƏ TƏHSİL
Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
Bakı, 15 mart, AZƏRTAC
Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərən tam orta məktəbin üçüncü sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda keçirilən mikroskopda praktik dərslərə qatılıblar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, məktəblilərin böyük maraqla iştirak etdikləri dərslərdə əvvəlcə onlara mikroskopdan istifadə qaydaları barədə məlumat verilib.
Sonra şagirdlər maraq göstərdikləri müxtəlif obyektlərə mikroskop altında baxıblar. Belə ki, müxtəlif növ parazitlərin quruluşlarına, suda yaşayan və gözlə görünməyən canlılara, həşəratlara, müxtəlif bitkilərin yarpaqlarının, çiçəklərinin hissələrinə, gündəlik həyatımızda istifadə etdiyimiz duz, şəkər və s. məmulatlara baxan məktəblilər onların quruluş formalarındakı fərqlilikləri müəyyənləşdiriblər.