İQTİSADİYYAT
“International” QSC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Bakı Fond Birjasında (BFB) BOKT “International” QSC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edən BOKT “International” QSC-nin birja vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.